"Ən vacib amil təhlükəsizlikdir"- Əli Əhmədov

"Ən vacib amil təhlükəsizlikdir"- Əli Əhmədov
16:19 21 Noyabr 2016
67 Digər
Ölkə mətbuatı
A- A+

“Azərbaycanda prezident İlham Əliyevin rəhbərliyi ilə islahatların yeni mərhələsi başlanıb və bundan sonra da ayrı-ayrı seqmentlər üzrə davam edəcək”.

 

APA-nın məlumatına görə, bunu Yeni Azərbaycan Partiyasının  (YAP) sədr müavini-icra katibi, baş nazirin müavini Əli Əhmədov partiyanın 24 illiyi münasibətilə Binəqədi rayon təşkilatında keçirilən tədbirdə bildirib. O qeyd edib ki, Azərbaycanın iqtisadiyyatı şaxələnəcək, regionların iqtisadiyyatı yüksələcək, ölkədə iqtisadi inkişafın yeni modeli formalaşdırılacaq.

 

Ə. Əhmədov deyib ki, ən vacib amil təhlükəsizlikdir: “İnsanın həyatı təhlükəsiz olmasa, hər hansı iqtisadiyyatdan, var-dövlətdən söhbət gedə bilməz. Bu baxımdan Azərbaycan vətəndaşları əmin olmalıdırlar ki, onların təhlükəsizliyi əmin əllərdədir və buna əsasən iqtisadi inkişaf davam edəcək”.

 

Ə. Əhmədovun sözlərinə görə, YAP xalqın ona göstərdiyi etimadı doğrulda bilib: “1992-93-cü illərdəki vəziyyəti bugünkü yüksəklikdən baxıb təsəvvür etmək çətindir. O dövrdə xalq hərc-mərcliyə son qoyulacağı, iqtisadi tənəzzülün qarşısını alıb, islahatlara başlanacağı, erməni işğalının qarşısının alınacağı, ayrı-ayrı silahlı dəstələrin fəaliyyətinə son qoyulacağı ilə bağlı ümidlərini məhz Heydər Əliyevin şəxsiyyəti ətrafında görürdü və seçimini də düz etdi”.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/260134

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR