Millət vəkilinin qızı: "Quşbeyinlər…"

Millət vəkilinin qızı: "Quşbeyinlər…"
16:27 21 Noyabr 2016
112 Şou
Ölkə mətbuatı
A- A+

Əməkdar incəsənət xadimi, tanınmış bəstəkar Aygün Səmədzadə klassik ədəbiyyatı xatırladaraq bəzi insanlara ismarış yollayıb.

Milli.Az publika.az-a istinadən bildirir ki, bəstəkar ürəyini belə boşaldıb:

"Sabirin "Hophopnamə"si, Cəlil Məmmədquluzadənin "Danabaş kəndinin əhvalatları", Üzeyir Hacıbəyovun felyetonları, İsmayıl Şıxlının "Dəli Kür"ü, Anarın "Beşmərtəbəli evin altıncı mərtəbəsi" niyə əhəmiyyətini itirmir, köhnəlmir, hələ də yeni kimi oxunur. Oxuduqca sanki yenidən kəşf olunur. Bu əsərlərin klassikaya çevrilməsinin bir səbəbi onların bizim verdiyimiz dəyərdən asılı olmayaraq mükəmməlliyidirsə, digər tərəfdən aktuallağını qoruyub saxlamasıdır.

Əsərdəki aktuallıq məsələləri isə əslində bizim bəlalarımızdır. Beləcə, qapalı dairə yaranır. Dahilər aktuallığını itirməyən ədəbiyyat yaradır. Amma o əsərlərdə qaldırılan problemlərin aktuallığı itsə, həyat müsbətə doğru dəyişər. Və bəlkə də onda həmin əsərlər baş bulaya-bulaya "vayy, əhsən, elə bil indi üçün yazılıb" deyilərək oxunmaz.

Əslində demək istədiyim nə... Yazılanları anlamayanlar quş beyinlərinə əziyyət verməsinlər. Çünki hadisələri təkarlayan və 21-ci əsrin ən gülünc və acınacaqlı hallarını yaşadanlar onlar özləridir. Söz düzgün qavranıldığı yerdə söz, yalnız xoruz səsinə hay verənlər üçünsə, sadəcə, səsdir".

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/showbiz/491562.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR