Azərbaycan XİN Ceyms Uorlikin həmsədlikdən getməsinə münasibət bildirib

Azərbaycan XİN Ceyms Uorlikin həmsədlikdən getməsinə münasibət bildirib
16:27 21 Noyabr 2016
62 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 21 noyabr. REPORT.AZ/ Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Ceyms Uorlikin ATƏT-in Minsk qrupunun həmsədri vəzifəsindən getməsinə münasibət bildirib
XİN-nin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev "Report"a açıqlamasında həmsədrə uğurlar arzuladığını deyib: "ABŞ-dan olan həmsədr Ceyms Uorlikə gələcək fəaliyyətində uğurlar arzu edirik. Ümumiyyətlə, bizim ATƏT-in Minsk Qrupunun həmsədrlərindən gözləntimiz fərdi deyil, institusional xarakter daşıyır. Belə ki, instutusional olaraq ATƏT-in Minsk qrupunun həmsədrləri mandatlarına uyğun olaraq münaqişənin beynəlxalq hüququn norma və prinsipləri, BMT Təhlükəsizlik Şurasının məlum qətnamələri və Helsinki Yekun Aktı əsasında həllini təmin etməlidirlər. Nəticə etibarilə, ATƏT-in Minsk qrupunun həmsədrlərinin dövlət başçıları səviyyəsində qəbuledilməz və qeyri-davamlı hesab etdikləri status-kvo dəyişdirilməlidir. Status-kvonun dəyişdirilməsi isə işğal olunmuş Azərbaycan ərazilərindən Ermənistan qoşunlarının çıxarılmasını tələb edir. Təəssüf ki, ötən 20 ildən artıq müddət ərzində Azərbaycan əraziləri işğaldan azad edilməyib və regionda davamlı sülh və təhlükəsizlik təmin edilməyib".
Xatırladaq ki, ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Ceyms Uorlik tutduğu vəzifədən gedir. Belə ki, onun həmsədr kimi səlahiyyət müddəti bu il dekabrın 31-də başa çatır.

Xəbərin orijinal ünvanı: https://report.az/dagliq-qarabag/azerbaycan-xi-n-ceyms-uorlikin-hemsedlikden-getmesine-munasibet-bildirib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR