“Azəriqaz”ın yeni internet səhifəsi istifadəyə verilib

“Azəriqaz”ın yeni internet səhifəsi istifadəyə verilib
16:32 21 Noyabr 2016
Ölkə mətbuatı
A- A+

Bakı. 21 noyabr. REPORT.AZ/ Bu gün Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyinin yeni www.azeriqaz104.az internet səhifəsi istifadəyə verilib.
“Report” SOCAR-a istinadən xəbər verir ki, Azərbaycan dilində fəaliyyətə başlayan saytdan abonentlər təbii qazdan istifadə və təhlükəsizlik qaydalarını, “ASAN Xidmət” mərkəzlərində Birliyin göstərdiyi fəaliyyət istiqamətləri, həmçinin sayğaclar barədə məlumatlar əldə edə biləcək, eləcə də “ən çox verilən suallar” bölməsində onları maraqlandıran suallar cavablandırılacaq. Bundan başqa, abonentlər sayt vasitəsi ilə elektron müraciət ünvanlaya, qaynar xətlərə zəng edə, borclarını öyrənə və onlayn ödəniş edə biləcəklər. Yeni abonentlər də saytdakı müvafiq bölməni seçərək ilkin informasiyaya yiyələnəcəklər.
Saytın yaradılması nəticəsində Birlik üzrə 104 və 185 saylı Çağrı mərkəzinə daxil olan zənglərin sayının azalacağı, şikayətlərin daha operativ həll ediləcəyi, Birliyin fəaliyyəti haqqında məlumatların ictimaiyyətə daha tez və dolğun çatdırılacağı gözlənilir: “Birlik tərəfindən abonentlərə göstərilən xidmətlərin və vətəndaşların müraciətlərinə baxılması işinin müasir dövrün tələblərinə uyğun şəkildə səmərəli təşkili və davamlı təkmilləşdirilməsi istiqamətində işlər bundan sonra da davam etdiriləcək”.


Xəbərin orijinal ünvanı: https://report.az/energetika/azeriqaz-in-yeni-internet-sehifesi-istifadeye-verilib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR