Xalq artistinə həsr olunan musiqi festivalı keçiriləcək

Xalq artistinə həsr olunan musiqi festivalı keçiriləcək
16:36 21 Noyabr 2016
101 Şou
Ölkə mətbuatı
A- A+

Xalq artisti Ramiz Mustafayevin anadan olmasının 90 ili tamam olur.

Axşam.az-ın məlumatına görə, bəstəkarın yubileyinə həsr olunmuş musiqi festivalı keçiriləcək. Festival çərçivəsində noyabrın 23-də Azərbaycan Dövlət Mahnı Teatrında “Ötən illərin nəğmələri” mahnı gecəsi, 24 və 25 noyabrda Azərbaycan Dövlət Filarmoniyasında konsertlərin keçirilməsi, 26 noyabrda Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında “Vaqif” operasının premyerası nəzərdə tutulub.

E.Mustafayev6 opera, 5 musiqili komediya, 9 oratoriya, 7 kantata, 5 vokal-simfonik poema, 8 simfoniya, 500-ə qədər mahnı və romans bəstələyib, 200-dən artıq xalq mahnısını xor üçün işləyib. Azərbaycanda xor sənətinin bugünki inkişafı Ramiz Mustafayevin adı ilə bağlıdır. Azərbaycan Televiziya və Radio Qapalı Səhmdar Cəmiyyətinin xoruna rəhbərlik edən sənətkar 82 illik ömür yolunun 65 ilini musiqi sənətinin inkişafına həsr edilib.


Xəbərin orijinal ünvanı: http://axsam.az/?name=xeber&news_id=61561

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR