Heydər Əliyev Beynəlxalq Aeroportunun yeni saytı təqdim olunub

Heydər Əliyev Beynəlxalq Aeroportunun yeni saytı təqdim olunub
16:37 21 Noyabr 2016
90 Ölkə
Ölkə mətbuatı
A- A+

Heydər Əliyev Beynəlxalq Aeroportunun www.airport.az saytı yenilənib.

Heydər Əliyev Beynəlxalq Aeroportunun mətbuat xidmətindən Milli.Az-a verilən məlumata görə, saytda təkcə dizayn yenilənməyib, həm də interaktiv servislər əlavə olunub - reysin axtarışı, itirilmiş baqaj üzrə sorğu, həmçinin hava limanının ərazisində və onun terminallarında 360 fototur.

Bundan əlavə, sərnişinlərin rahatlığı üçün sərhəd və gömrük xidmətlərindən keçid qaydaları, transfer reyslərlə səyahət edənlər üçün məlumat, kafe və restoranlar, mövcud xidmətlər haqqında informasiya, eləcə də hava limanından Bakıya hərəkət edən nəqliyyat vasitələri barədə məlumat burada toplanılıb.

Veb-saytın fəaliyyəti üzrə təkliflərinizi, eləcə də sual və iradlarınızı pr@airport.az ünvanına, həmçinin Facebook - www.facebook.com/BakuAirport , Instagram - www.instagram.com/BakuAirport və Twitter - www.twitter.com/BakuAirport
- sosial şəbəkələri vasitəsilə göndərə bilərsiniz.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/491625.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR