Poroşenko Putinin düşməninə mükafat verdi

Poroşenko Putinin düşməninə mükafat verdi
16:38 21 Noyabr 2016
97 Dünya
Ölkə mətbuatı
A- A+

Ukrayna prezidenti Pyotr Poroşenko “Sağ sektor” hərəkatının sabiq lideri, Ali radanın deputatı Dmitri Yaroşu “III Boqdan Xmelnitski” ordeni ilə mükafatlandırıb.

Publika.az UNİAN agentliyinə istinadən xəbər verir ki, bu barədə fərman Ukrayna dövlət başçısının rəsmi saytında dərc edilib.

Sənəddə deyilir Kİ, Yaroş “şəxsi şücaət, fədakarlıq və yüksək peşəkarlığına görə” mükafatlandırılıb.

Qeyd edək ki, Rusiya İstintaq Komitəsi Maydan hadisələri və Donbas əməliyyatlarında aktivlik nümayiş etdirən “Sağ sektor”u ekstremist təşkilat kimi tanıyıb və Dmitri Yaroş barəsində cinayət işi qaldırıb. İstintaq Komitəsinin məlumatına görə, təşkilat Ukraynada Rusiyaya qarşı cinayətləri planlaşdırır. “Sağ sektor” 2015-ci ilin yanvarında Rusiyada qadağan edilmiş təşkilatların reyestrinə daxil edilib.

Ömər Dağlı


Xəbərin orijinal ünvanı: http://publika.az/news/dunya/176794.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR