“Fəxrəddin və Zülfiyyənin məndən üzr istəməsini gözləyirəm” - Meral Konrat

“Fəxrəddin və Zülfiyyənin məndən üzr istəməsini gözləyirəm” - Meral Konrat
16:46 21 Noyabr 2016
Ölkə mətbuatı
A- A+

Axşam.az Azərbaycan filminin "Təhminə"si, türk aktrisası Meral Konratın “Report”a müsahibəsini təqdim edir.

- Meral xanım, necəsiniz?

- Çox yaxşıyam. "Yaxşıyam" sözünü, görürsünüz, necə düzgün tələffüz edirəm. Mən yaxşı danışıram.

- İllər sizi heç dəyişməyib. Hazırda önümdə oturan “Təhminə”nin gözəlliyinə geridə buraxdığı illər daha da təravət qatıb. İstəyirəm ki, 1993-cü ilə gedək. “Təhminə” filmi ilə imzanızı atdığınız o illəri neçə xatırlayırsınız?

- Çox gənc idim, mənim Türkiyədə yeni üzə çıxdığım zamanlar idi. Belə bir ssenari gələndə çox sevindim, həm də bir az narahat oldum. Çünki atam və anam Krımda doğulub, onlar çox çətin illər yaşayıblar. Mənə təklif gələndə anam dedi: "Getmə, onlar bizi tapdılar. Burda bir tələ var". Yazıqların gözləri elə qorxub ki, hər şeyi orada yaşananlarla bağlayırdılar. Uzun-uzun söhbətlərdən sonra anamı razı saldım. Ssenari öncə Azərbaycan dilində, sonra türkcə gəldi. O vaxtlar çox çətin idi, mən heç nə anlamırdım. Rasim bəy mənə zəng edirdi, "evet" , "evet" deyirdim. Ancaq heç nə başa düşmürdüm. Demə, o da mənim vəziyyətimdə imiş. Deyirdi: "Meral xanım mən sizinlə danışır, "bəli", "bəli" deyirəm, lakin heç nə başa düşmürəm". Film səsli çəkildiyi üçün bütün ssenarini Azərbaycan dilində əzbərləmişdim. Türkcə tərcümələrinə baxaraq, anlayaraq əzbərləyə bildim ssenarini. Artıq mən Azərbaycan dilində sizin qədər yaxşı danışıram….

Gələk Bakıya gəldiyimi o günlərə. Getməmişdən öncə Türkiyədə hər kəs məni qorxutmuşdu ki, Bakıya getmə, orada savaş var. Ancaq təbii ki, mən onlara qulaq asmadım və Bakıya getdim. İlk səfərimdə çox böyük oteldə qalırdım. Azadlıq meydanında idi. Ancaq o dönəmlərdə oralar çox qarışıqlıq idi, çox qorxurdum. Basqınlar olurdu, oteldə hər dəqiqə nə isə baş verirdi. Sonra xahiş etdim, oteli dəyişdilər. Bakıda o vaxt yaşamaq çox çətin idi. İndi o günlərdən əsər-əlamət qalmayıb. Bakı artıq kiçik Avropa şəhəridir.

- O zamanlar “Təhminə” sevgisi üçün işini, həyatını, hər şeyini qurban verərək böyük fədakarlıq nümunəsi olan gənc bir qız idi. Sizcə, bu gün elə “Təhminə”lər varmı?

- Təbii ki,var. Belə sevgilər hər dönəmdə olub. Leyli və Məcnun, Fərhad və Şirin. Təhminə kimi yaşayan, mücadilə edən o qədər insan var ki... Mən özüm də elə bir növ Təhminəyəm. İnsan sevgisi üçün hər şeyi edir. Ona görə də sevmək, sevilmək çox vacibdir.

- Yəqin ki, çəkilişlər zamanı çoxlu macəra yaşanıb...

- O qədər… Hardan başlayım, bilmirəm. Öncə o filmdə Fəxrəddin oynamırdı. Adel adlı bir rus aktyor var idi. Çəkilişlərə onunla başladıq. Filmin yarısına qədərini çəkmişdik. Olmadığım səhnələr çəkiləndə mən Türkiyəyə gəlirdim, o zamanlar burada da bir filmə çəkilirdim. Bir gün Rasim Ocaqov mənə zəng etdi və dedi: "Meral xanım, bu günə qədər çəkdiklərimizi sıfırlayırıq". "Niyə? Axı hər şey çox gözəl gedirdi" cavabını verdim. Ocaqov bildirdi: "Yox, çəkdiklərimizi izlədim, Adel sənin yanında çox zəif görünür. Çox pis oynayıb". Soruşdum: "Bəs nə edəcəyik". Cavabı belə oldu: "Başdan çəkəcəyik, başqa bir aktyor tapmışam. Onunla yenidən başlayacağıq". Beləliklə, Bakıya döndüm və yenidən başladıq. O vaxt Fəxrəddin Manafov Spartakı oynayacaqdı. Ancaq Fəxrəddin sözün əsl mənasında möhtəşəm, rəqibsiz bir aktyor idi. Mən də açığı, Adeli bəyənmirdim, o, elə də ürəyini ortaya qoymurdu. Mən oynayırdım, ancaq ondan istədiyimi ala bilmirdim. Fəxrəddin çox nizam-intizamlı idi və möhtəşəm oynayırdı. Fəxrəddin oynamasaydı, o film bu qədər uğurlu alınmazdı.

- “Təhminə” filmindən danışıb, xalq artisti, Azərbaycan filmində önəmli imzası olan, elə “Təhminə” filminin quruluşçu rejissoru Rasim Ocaqovdan söz salmamaq günah olar. Rasim müəllimi necə xatırlayırsınız?

- Onunla bağlı çoxlu  xatirələrim var. Allah ona qəni-qəni rəhmət etsin. Elə qızıl kimi insan idi ki... Həqiqətən yer üzünə gəlib-getmiş nadir insanlardan idi. Tanış olduğumuz o gün bugünkü kimi gözümün önündədir. Mənə dedilər: "Azəbaycandan bir qrup gəlib. Sizi görmək istəyirlər". O vaxtlar mənim yenicə üzə çıxdığım zamanlar idi. Cavab verdim: "Niyə mən? Məndən də yaxşı aktrisalar var". Düzdür, çəkildiyim filmlər çox səs salmışdı, mükafatlar alırdı,ancaq məndən də güclüləri vardı. Qapıdan girdim, Rasim bəy məni gördükdə "Təhminə", "Təhminə" deyə qışqırmağa başladı. Mən də şok içində baxıram ki, bu, nə deyir?!. Adımın Meral Konrat olduğunu bildirdim. O da "Bilirəm, bilirəm mən Təhminəni tapmışam, onu deyirəm" söylədi. Soruşdum: "Məni elə indicə gördüyünüz halda, necə qərar verdiniz?" "Bir həftədir İstanbuldayam, çox sənətçi gəldi, görüşdük, ancaq mən səni axtarırdım" cavabını verdi. Sonra mənə Anar bəyin “Beşmərtəbəli binanın,altıncı mərtəbəsi” kitabını verdi. Nur içində yatsın, yaxşı ki, onu tanımışam.

- Film çəkilişləri nə qədər müddətə bitdi?

- Təxminən bir ilə bitirə bildik. Ancaq dediyim kimi, filmi yarıdan sonra dayandırdıq, yenidən çəkdik. İki dəfə çəkəsi olduq. Daha sonra bir çox problem yaşadıq. Üzərimizdə özümüzdən asılı olmayan uğursuzluq vardı. Mən orda ayağımdan əməliyyat oldum. 15 gün xəstəxanada yatdım. Daha sonra Fəxrəddin qəzaya düşdü, 15-20 gün o da xəstəxanada yatdı. Rəhmətlik Rasim Ocaqov infarkt keçirdi. O da bir müddət xəstəxanada yatdı. Filmin çəkildiyi müddət o qədər çətin keçdi ki... Hər birimiz üçün çətin idi, ancaq çəkilişlərdən çox zövq alırdıq, uzun olmasından heç kim şikayətlənmirdi. Film yaxşı alınsın deyə, hər kəs dörd əllə sarılmışdı. Bütün bu çətinliklərə baxmayaraq, filmin arzulanan nəticəni əldə etdiyini düşünürəm.

- Fəxrəddin Manafov açıqlamalarından birində o zamanlar Meral Konrata çox vurulduğunu, Sizin isə başqasını dəlicəsinə sevdiyinizi, boş vaxtınızı və pullarınızı o adama xərclədiyinizi, Bakıdan Türkiyəyə zəng edib saatlarla danışdığınızı bildirib. Biz Təhminənin sevgisini filmdə izlədik, maraqlıdır Meral Konratın şəxsi həyatı necə oldu?

- Bu, çox çətin sualdır. Mən həyatım boyunca özəl münasibətlərimi heç vaxt işimə qarışdırmamışam. Özəl həyatımla heç vaxt gündəmə gəlmək istəməmişəm. Bəli, o vaxt böyük bir sevgi vardı, yaşandı və bitdi. Elə orda qalsın o yaşananlar. Fəxrəddinə gəlincə, bəli, o mənə o vaxtlar aşiq idi, ancaq biz dost olaraq qaldıq. Çəkilişlərdə o qədər bir-birimizə uyğun idik ki, hamı heyran qalmışdı. Filmi izləyənlər "Siz bu sevgini yaşadınız" deyirdi. Amma mən isə bildirmişdim: "Xeyr, biz bunu filimdə yaşadıq. Real həyatda elə bir sevgi yaşanmadı".

- Bəs indi Fəxrəddin bəylə əlaqəniz necədir?

- (Ah çəkərək gülümsəyir) O, məni o qədər məyus etdi ki, bilmirəm, hardan başlayım. Fəxrəddini çox sevirəm, onun bir telefonu ilə hər yerə getmişəm. Ancaq o, məni çox, çox qırdı. Təxminən bir il öncə mənə zəng etdi və dedi: "Meral “Təhminə-2”ni çəkirik". Elə həyəcanlandım ki, izah edə bilmərəm. Dedim: "Axı, Təhminə o filmdə ölmüşdü, sonrası necə olacaq?" O da "Biz filmdə Təhminənin öldüyünü göstərmədik, o, sözdə öldü. Danışdılar öldüyündən, amma biz öldüyünü göstərmədik" cavabını verdi. Çox sevindim, çox həyəcanlandım ki, artıq “Təhminə-2”yə çəkilirəm. Fəxrəddin ona görə Bakıya gəlməli olduğumu bildirdi və əlavə etdi: "Biz bunun qısa tanıtımını lentə alacağıq". Ssenarini istədim ki, oxuyum, baxım. O isə ssenarinin hələ yazıldığını, tamamlanmadığını söylədi. "Ona görə də öncə qısa tanıtım çəkəcəyik, sən Türkiyəyə dönəcəksən. Sonra filmdəki geyimlərin hazırlanacaq və hər şey hazır olduqdan sonra artıq filmin çəkilişi üçün Bakıya gələcəksən. Gəldiyin zaman biz səninlə müqavilə bağlayacağıq" dedi. Bunları mənə Fəxrəddin dediyi üçün və işin içində o olduğu üçün gözübağlı qalxıb Azərbaycana getdim. Bakıda məni bir yerə apardılar, orada Zülfiyyə adlı bir sənətçi ilə (xalq artisti Zülfiyyə Xanbabayevanı nəzərdə tutur - red.) qarşılaşdım. Soruşdum: "Bu xanım da filmdə oynayacaq?" Dedilər: "Yox, bu xanım bizdə məşhur bir musiqiçidir və filmin musiqilərini o hazırlayacaq". Zülfiyyə xanım da ilk dəfə bir filmin musiqisini hazırlamaqdan çox xoşbəxt və qürurlu olduğunu vurğuladı. Hələ bu filmin “Təhminə-2” olması məni inanılmaz həyəcanlandırdı. Baxdım, çəkiliş meydançasında "Təhminə-2" yazılan kağızlar var. Yəni, o qədər inandım ki, ağlıma başqa şey də gəlmədi. Orada o xanım mahnı oxudu. Soruşdum ki, o, niyə mahnı oxuyur, bu, nəyə lazımdır? Dedilər ki, musiqiləri o hazırladığı üçün özünün də tanıtım filmində olması lazımdır. Mən yenə də, inandım. Nə isə, çəkilişlər bitdi, Türkiyəyə qayıtdım. Oturub gözləyirəm ki, Fəxrəddin mənə zəng edəcək, təkrar film çəkilişi üçün Bakıya qayıdacağam. Baxdım zəng edib, soruşan yoxdur, özüm Fəxrəddinə zəng etdim. Telefonu bir neçə dəfə bağlı oldu. Sonra nə isə açdı və dedi: "Narahat olma, hələ ssenari yazılır, biz sənə xəbər verəcəyik. Üstündən aylar keçdi, Fəxrəddindən bir xəbər çıxmadı. Zəng edirəm, əlaqə qura bilmirəm. Nə isə bir gün, İstanbulda yaşayan çox sevdiyim bir azərbaycanlı dostum mənə zəng etdi və "Meralcım, Azərbaycanda klipə çəkilmisən, çox gözəl alınıb" söylədi. "Xeyr, mən klipə çəkilməmişəm" cavabını verdim. Girib internetdə izləyəndə şoka düşdüm. Mənimlə tanış etdikləri Zülfiyyə xanımın klipi idi və mən də o klipdə oynayırdım. Zəng etdim, heç birini tapa bilmədim. O sənətçi xanıma da, Fəxrəddinə də çox əsəbiləşdim. Çox sevdiyim insanın bunu mənə qarşı etməsi, həqiqətən çox təəssüfləndiricidir. Yəni, mənə belə də deyə bilərdilər: "Meral xanım, biz “Təhminə-2”ni çəkməli idik, amma olmadı, bunu klipə çeviririk. Yəni, xəbərin olsun". Ancaq onu belə etmədilər. Bir üzr zəngi gözlədim. Heç bir şey etmədilər. Sonra məhkəməyə müraciət etmək istədim, ancaq düşündüm ki, bu, mənə yaraşmaz, xoş olmaz. O klipə görə nə qonorar aldım, nə də təşəkkür. Yəni çox, çox incidim. Mənim belə üzüntülərim, təəssüflərim keçir. Nə isə... Bir gün Bakıdan məni özəl bir jurnalın çəkilişi üçün Bakıya çağırdılar. Fəxrəddinlə orada qarşılaşdıq və ona nə vaxt bu mövzu ilə bağlı sual vermək istəsəm də, mövzunu dəyişdirdi. Yayındı mövzudan. Mən ona sual verə bilmədim ki, niyə bunu etdin, niyə belə oldu? Ancaq Fəxrəddin mənə qarşı bir neçə dəfə buna bənzər şeylər etdi  və buna görə çox qəlbimi qırdı, çox küsmüşəm ondan. Hələ də ona hörmətim, sevgim böyükdür. Ancaq yenə də bir üzr istəməsini gözləyirəm.

- Ümid edək ki, Fəxrəddin müəllim bizim vasitəmizlə səsinizi eşidəcək...

- İnşallah! Ancaq mən o sənətçi xanımdan da üzr gözləyirəm. Onun etdiyi də heç xoşagələn deyildi. Onun orada "Meral xanım, bu musiqiləri mən hazırlayacağam, qürurluyam" kimi danışmasına heç bir məna verə bilmirəm. Məndən bu cür yararlanmaları heç xoş deyildi.

- Meral xanımın günlük yaşantısı çox maraqlıdır. İstanbulda necə gedir həyatınız, nə işlər görürsünüz?

- İstanbul artıq metropol şəhərə çevrilib, burada yaşamaq çətindir. Ən böyük problemimiz tıxaclardır. Bu aralar seriallarda yoxam, çünki açığı, gələn təkliflər arasında bəyəndiyim yoxdur. Açıqlamaq istəmirəm, ancaq məni sevənlərə çox böyük surprizim olacaq. Günlərim teatrda keçir. Bir neçə tamaşada oynayıram. Bunlarla yanaşı, aktyorluq dərsləri keçirəm. Yeni, gənc və istedadlı aktyorlar, aktrisalar yetişdirməyi çox sevirəm. Onlarla birlikdə olmaq, onlara yeni şeylər öyrətmək mənə zövq verir. Ssenari də yazıram, üzərində işlədiyim çox maraqlı işlərim var. Boş vaxt tapanda idmanla da məşğul oluram.

- Sizinlə görüşməmişdən əvvəl sosial şəbəkələrə baxdım. Olduqca çoxsaylı heyranınız var. Xüsusən də, Azərbaycandan. Sosial şəbəkələrdən sizə gələn mesajları oxuyursunuzmu?

- Təbii ki, oxuyuram. Mən türk vətəndaşı olduğum qədər özümü Azərbaycan vətəndaşı kimi də hiss edirəm. Oradakı xalqın sevgisi o qədər gözəldir ki, mən də onları ən azı onların məni sevdiyi qədər sevirəm. Hə gün minlərlə mesaj gəlir. Oxuya bildiklərimi oxuyuram. Ancaq elə buradan məni sevənlərə səslənirəm ki, xahiş edirəm, inciməyin. Hər biriniz mənim üçün çox dəyərlisiniz.

- Sonuncu dəfə Bakıda nə vaxt olmusunuz?

- Bir çox ölkədə oldum, amma Azərbaycandan aldığım zövqü heç bir yerdə tapa bilmədim. Sonuncu dəfə Azərbaycana iki il əvvəl getmişdim. Bakı o qədər gözəldir ki, o şəhərə heyranam. Hər kəsə paytaxtınızdan danışıram. Neçə-neçə tanıdığım ailəni məsləhətimlə Bakıya istirahətə göndərmişəm. Səmimiyyətimə inanın ki, oradan heyranlıqla dönüblər. Çevrəmdə hər kəsə Bakı sevgisi, Azərbaycan sevgisi aşılamağa çalışıram. Həqiqətən də Bakı Avropadan da gözəldir. Azərbaycandan yaxşı bir layihə gələrsə, gedib orada uzun illər boyunca yaşaya bilərəm. Bunu çox istərdim.

- Elə məyusluqdan sonra “Təhminə-2”ni çəkirik, gəlin" desələr gedərsinizmi?

- Gedərəm, ancaq yüz ölçüb, bir biçib gedərəm. Ssenarisi və müqaviləsi ilə gələn “Təhminə-2” üçün heç tərəddüd etmədən gedərəm. Bu işdə ssenari çox önəmlidir. “Təhminə-2” çəkilərsə, onun ssenarisi “Təhminə"nin üzərində olmalıdır. Çox filmlərin 2-cisi, 3-cüsü, 4-cüsü olub. Təhminə niyə olmasın? Buradan Azərbaycanda məni sevən hər kəsə salamlarımı, sevgilərimi göndərirəm. İnşallah, onlarla ən qısa zamanda qovuşaram.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Ölkə mətbuatında bugün »

Bakıda qadını maşın vuraraq ağır yaralayıb

26 İyul 2017 08:42

Bu görüntü "günün fotosu" seçildi

26 İyul 2017 08:42

İki avtomobil toqquşub, ölən və yaralananlar var

26 İyul 2017 08:37

Bakıda kafedə tanışları ilə yeyib-içən şəxs bıçaqlanıb

26 İyul 2017 08:37

Hitlerin 4 tonluq qızıl XƏZİNƏSİ TAPILDI - DƏNİZDƏ

26 İyul 2017 08:37

Azərbaycanda ana iki övladı ilə özünü qatarın altına atıb

26 İyul 2017 08:32

"Çelsi" gənc futbolçunu bağışlamadı

26 İyul 2017 08:32

Avrovisiya-2018 müsabiqəsinin keçiriləcəyi şəhər müəyyən edilib

26 İyul 2017 08:27

Cərimənizi ödəyin, yoxsa... - REYDLƏR BAŞLADI

26 İyul 2017 08:22

Salyanda avtomobil 16 yaşlı velosipedçini vurub

26 İyul 2017 08:22

"O, məni 9 yaşımda zorladı, sonra növbə dayılarıma və anamın görüşdüyü kişilərə çatdı..."

26 İyul 2017 08:22

Çinin 13 klubu növbəti mövsüm çempionata buraxılmaya bilər

26 İyul 2017 08:17

Kənan İmirzalıoğlunun yeni filmindən ilk fotolar

26 İyul 2017 08:12

6 otaqlı evdə yanğın olub

26 İyul 2017 08:05

Ermənistanın məqsədi - Müharibə, yoxsa...?

26 İyul 2017 08:05

ABŞ-da "tarixdə ən geniş sanksiyalar paketi" qanun lahiyəsi qəbul olundu

26 İyul 2017 08:05

Maykl Ceksonun qızı siqaret çəkərkən

26 İyul 2017 07:59

7 otaqlı ev yanıb

26 İyul 2017 07:57

Alişanın nişanlısı plastik əməliyyatdan qabaq belə görünüb - FOTO

26 İyul 2017 07:57

“ABB-Moskva”nın reytinqi aşağı salındı

26 İyul 2017 07:54

Azərbaycanda dövlət qulluqçuları daha çox hansı vəzifələrdə çalışır?

26 İyul 2017 07:52

"Fiorentina" fransalı futbolçu ilə anlaşdı

26 İyul 2017 07:52

Kürdəmirdə ikimərtəbəli evdə yanğın

26 İyul 2017 07:48

Donald Tramp baş prokurora Ceff Sensa etibar edir?

26 İyul 2017 07:47

Berna Laçının ailə səadəti - FOTO

26 İyul 2017 07:42

"Bunlar söz-söhbətləri boğmaq məqsədi daşıyır"

26 İyul 2017 07:37

Myanmada yağışlar nəticəsində məbədi su yuyub aparıb

26 İyul 2017 07:32

"Anam kimi qadın tapsam, evlənərəm"

26 İyul 2017 07:32

"Bundan dərs çıxarmalıyıq"

26 İyul 2017 07:22

Allergiyası olan adamlar xərçəng xəstəliyinə tutulmurlar

26 İyul 2017 07:18

Üç məşhur müğənni kişilərə "həddini bildirdi" - KLİP

26 İyul 2017 07:17

Volf ilə müqavilə yeniləndi

26 İyul 2017 07:12

Bakıda vağzalın ətrafı və metro stansiyalarının giriş-çıxışı nəzarətə götürülüb

26 İyul 2017 07:05

Binada yanğın: 3 sakin xilas olundu, 20-si təxliyə edildi

26 İyul 2017 06:54

Paytaxtda hamamda çimən uşağı cərəyan vuraraq öldürüb

26 İyul 2017 06:47

“Eurovision-2018”-nin tarixi və keçiriləcəyi şəhər bəlli oldu

26 İyul 2017 06:44

Qətərdən ərəb dövlətlərinə MÜHARİBƏ SİQNALI

26 İyul 2017 06:38

Bu ev enerjini qoruyur - FOTO

26 İyul 2017 06:32

Bakıda bir nəfər tanımadığı şəxs tərəfindən bıçaqlanıb

26 İyul 2017 05:57

Tez-tez intim münasibətin ZİYANLI TƏRƏFLƏRİ

26 İyul 2017 05:53

Abbas: “İsraillə əlaqələri bərpa etməyəcəyik”

26 İyul 2017 05:39

İllüstrasiyalı insanlar - FOTO

26 İyul 2017 05:32

Qadının qaşları Trampı arxa plana saldı

26 İyul 2017 05:04

Nümayəndələr Palatası Rusiyaya qarşı sanksiyaların sərtləşdirilməsinin lehinə səs verib

26 İyul 2017 04:57

Bakıda binada yanğın olub, 3 nəfər xəsarət alıb, 3-ü xilas edilib

26 İyul 2017 04:47

Rusiya daha miqyaslı sanksiyalar astanasındadır

26 İyul 2017 04:39

Ağ evin mətbuat katibinin köməkçisi istefaya göndərilib

26 İyul 2017 04:37

Okean sahilində ev - FOTO

26 İyul 2017 04:32

Bakıda qadını maşın vurdu - Sürücü qaçmaq istədi....

26 İyul 2017 04:18

Timati bu sevgilisindən də ayrıldı?

26 İyul 2017 04:09