Aktual mövzular: Dollar alış-satışı , İstanbulda terror, Hava haqqında, Məzənnə, Neftin qiyməti

Çində 37 avtomobilin iştirakı ilə baş verən zəncirvari qəzada 4 nəfər həlak olub

Çində 37 avtomobilin iştirakı ilə baş verən zəncirvari qəzada 4 nəfər həlak olub

Date: 21 November 2016 17:02

Bakı. 21 noyabr. REPORT.AZ/ Çinin mərkəzindəki avtomobil magistrallarından birində 37 avtomobilin iştirakı ilə zəncirvari qəza baş verib.
"Report" TASS-a istinadən xəbər verir ki, hadisə nəticəsində 4 nəfər həlak olub, 40 nəfər yaralanıb.
Hadisə Şensi əyalətindəki sürətli trasda baş verib.
Mərkəzi Çin Televiziyasının (CCTV) məlumatına görə, qəzada əsasən yük maşınları toqquşub. Hadisə nəticəsində avtomagistralda yol hərəkəti hər iki tərəfli bağlanılıb. Qəzanın başvermə səbəbləri araşdırılır.


Tags:  Çində 37 avtomobilin iştirakı baş verən zəncirvari qəzada nəfər həlak olub

RƏYLƏR


Top news