"Qalatasaray"da QALMAQAL

"Qalatasaray"da QALMAQAL
17:05 21 Noyabr 2016
75 Dünya
Ölkə mətbuatı
A- A+

Türkiyə Superliqasının XI turunda "Fənərbağça"ya məğlub olan (2:0) "Qalatasaray" bu gün məşqlərini bərpa edib.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, səhər saatlarında baş tutan məşqdə komandanın aparıcı futbolçusu Səlçuk İnan iştirak etməyib. 

Məsələ burasındadır ki, Səlçuk ötən gün baş tutan matçda iştirak etmədiyinə görə məşqçilər korpusuna etirazını bildirmişdi. Belə ki, matçın sonlarına yaxın baş məşqçi Yan Olde Riekernik ehtiyat oyunçular skamyasında saxladığı Səlçuk İnana deyil, məhz Kavandaya forma şansı verməklə 3-cü əvəzləmə haqqından istifadə edib. Səbrsizliklə meydana çıxacağını gözləyən kapitan isə mütəxəssisin bu addımından bərk əsəbləşib. Etiraz olaraq əlindəki idman formasını yerə çırpan futbolçu hətta köməkçi məşqçi Ayhan Akmanla da bir müddət mübahisə edib.

Türkiyə mətbuatı iddia edir ki, yarımmüdafiəçi məhz bu səbəbdən bugünkü məşqə də qatılmayıb. Onun klub tərəfindən cəzalanacağı gözlənilir.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/491628.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR