Türk aktyor Arif Selçuk əməkdar artist Cavanşir Məmmədovun qızı Xatirə Məmmədova ilə evlənib.
Lent.az baku.ws-ə istinadən xəbər verir ki, Antalyada nikah salonunda xoşbəxtliklərinə imza atan cütlük sadə bir mərasimlə ailə qurub. Qohum və sevənlərinin iştirak etdiyi nikah mərasimindən sonra cütlük sevənləri ilə bir araya gəlib.
Arif Selçuk aktyorluğa 2007-ci ildə "Asi" serialı ilə başlayıb. Aktyor müxtəlif teatr, serial və kino filmlərdə rol alıb.