Bakı. 21 noyabr. REPORT.AZ/ Rusiyanın xarici işlər naziri Sergey Lavrov dekabrın 1-də Türkiyəyə səfər etməyi planlaşdırır.
Bu barədə "Report" RİA "Novosti"yə istinadən xəbər verir.
Rusiya XİN-dəki mənbənin verdiyi məlumata görə, hazırda səfər proqramı və onun türkiyəli həmkarı Mövlud Çavuşoğlu ilə görüşü barədə iş aparılır.