Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Türkiyə prezidentinin ayaqqabısını çıxaran ingilislərə BÖYÜK DƏRS

Türkiyə prezidentinin ayaqqabısını çıxaran ingilislərə BÖYÜK DƏRS

Date: 21 November 2016 17:13

Türkiyənin 11-ci prezidenti Abdullah Gülün İngiltərəyə səfəri zamanı dövlət başçısı olmasına baxmayaraq, ayaqqabılarının çıxarıldığı və üzərində axtarış aparıldığı xəbəri gündəmə gəlib.

Publika.az
Türkiyə mediasına istinadən xəbər verir ki, bu barədə xarici işlər naziri Mövlud Çavuşoğlu jurnalistlərlə söhbət zamanı bildirib.

“İngiltərədə 11-ci prezidentimiz Abdullah Gül hava limanında təyyarəsinə minərkən, üzərini axtardılar. Ayaqqabısını çıxartdılar. Prezidentin ayaqqabısını necə çıxarmaq olar? Bu hadisədən sonra İngiltərə xarici işlər naziri Türkiyəyə gəldi. Hər şey normal idi, görüşdük, dialoqlarımızı apardıq. Qayıdanda təlimat verdik, hava limanında ayaqqabısı çıxarıldı, corablarına qədər axtarış edildi. Sən mənim prezidentimə edərsənsə, mən də sənə edərəm”, - deyə o bildirib.

Asif


Tags:  Türkiyə prezidentinin ayaqqabısını çıxaran ingilislərə BÖYÜK DƏRS

RƏYLƏR


Top news