Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Cavanşir Məmmədovun qızı "Kurtlar vadisi"nin aktyoruna ərə getdi - foto

Cavanşir Məmmədovun qızı "Kurtlar vadisi"nin aktyoruna ərə getdi -  foto

Date: 21 November 2016 17:16

Əməkdar artist Cavanşir Məmmədovun qızı Xatirə Türkiyədə ərə gedib.

Axşam.az-ın məlumatına görə, bu haqda xəbər türk saytlarında yayılıb.

Məlumatda Xatirənin türkiyəli aktyor Arif Selçukla nikah masasına oturduğu vurğulanıb.

“Cavanşir Məmmədovla Xalidə Məmmədova cütlüyünün qızı Xatirə ilə Necla-Burhan Selçukun oğlu Antakyada toy edib. Qohum və tanışlarının çıxış etdiyi toydan sonra cütlük onlar üçün təşkil olunan məclisə qatılıblar” deyə, xəbərdə yazılıb.

Açıqlama verən aktyor “Azərbaycanlıların qonaqpərvərliyi, mədəniyyəti bizimkilərə çox bənzəyir. Azərbaycanın ən sevilən ifaçısı Cavanşir Məmmədovun kürəkəni olmaqdan qürur duyuram” deyə, bildirib.

Qeyd edək ki, Arif Selçuk "Kırqın çiçekler", "Küçük gelin", "Kurtlar vadisi pusu", "Gecenin kraliçesi" kimi seriallarda rol alıb.


Tags:  Cavanşir Məmmədovun qızı Kurtlar vadisinin aktyoruna ərə getdi foto

RƏYLƏR


Top news