"Məni hər yerdən qovurdular" - Fərda

"Məni hər yerdən qovurdular" - Fərda
17:16 21 Noyabr 2016
221 Şou
Ölkə mətbuatı
A- A+

Yumor ustası Fərda Xudaverdiyev yolunu kəsənlərdən şikayətlənib.

Axşam.az-ın məlumatına görə, aktyor “10-dan sonra” verilişində bir vaxtlar onu efirə buraxmadıqlarını deyib:

“Məni o qədər sıxırdılar ki... Efirə buraxmırdılar, hər yerdən qovurdular. Biz 8 nəfər işləyirdik, 1 çörəyi bölüb yeyirdik. Bizi salondan qovurdular, girib zirzəmidə məşq edirdik, stand-up hazırlayırdıq. İstedadı olana dəstək durmaq lazımdır. Ancaq xanımlara dəstək olmaq yaxşı deyil. İndi məni Cem Yılmaza oxşadırlar. Amma vaxt gələcək mənə sual verəndə deyəcəm ki, “Cem Yılmaz kimdir?”. Bizdə də onun kimisi olsun deyə, maddi dəstək durmaq lazımdır. Üzümü imkanlı şəxslərə tutub deyirəm, maddi dəstək durun”.


Xəbərin orijinal ünvanı: http://axsam.az/?name=xeber&news_id=61563

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR