Bakıda moda həftəsi keçiriləcək

Bakıda moda həftəsi keçiriləcək
17:17 21 Noyabr 2016
Ölkə mətbuatı
A- A+

Bakı. 21 noyabr. REPORT.AZ/ Noyabrın 22-dən Bakıda "Azerbaijan Fashion Week"in ("Azərbaycan Moda Həftəsi") nümayişi olacaq.
"Report" xəbər verir ki, bu barədə bu gün bununla bağlı keçirilən mətbuat konfransında məlumat verilib.
Bildirilib ki, tədbir Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə keçiriləcək: "Tədbirdə Azərbaycan, Qazaxıstan, Ukrayna, Gürcüstan, Fransa və Rusiyanı təmsil edəcək. Moda həftəsində 15 dizaynerin kolleksiyası nümayiş olunacaq.
Dörd gün davam edəcək tədbir hər gün saat 19:00-dan etibarən Daş Salnamə muzeyində keçiriləcək. Eyni məkanda 15:00-dan başlayan "Açıq podium"da ziyarətçilər dizaynerlərin yeni kolleksiyalarından istədiklərini əldə edə biləcəklər.
Qeyd edək ki, ildə iki dəfə təşkil olunan "Azerbaijan Fashion Week"in əsas məqsədi moda sənayesinin populyarlaşmasına töfhə vermək və istedadlı dizaynerlərin işlərini nümayiş etdirmək üçün şərait yaratmaqdır.



Xəbərin orijinal ünvanı: https://report.az/i-ncesenet/bakida-moda-heftesi-kecirilecek

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR