Teleaparıcı Umkadan xəbər var - FOTO

Teleaparıcı Umkadan xəbər var - FOTO
17:27 21 Noyabr 2016
147 Ölkə
Ölkə mətbuatı
A- A+

3 ildən çoxdur televiziyadan uzaq düşən teleaparıcı Umka Hacıyeva yenidən aparıcığıla başlayır. 

Milli.Az xəbər verir ki, baku.ws-ə açıqlama verən U.Hacıyeva bu qərarı vermək üçün xeyli düşündüyünü bildirib:
 
"3 ildir ki, sevərək çalışdığım sahədən kənarlaşmışdım. Hər kəsdən uzaq olmaq istəyirdim. Bu illər ərzində bütün sosial şəbəkələrdən də yox olmuşdum. Bütün vaxtımı təhsilimə yönəltmişdim. Ali məktəbi bitirdim. Diplomumu uğurla müdafiə etdim. İngilis dilimi, demək olar ki, mükəmməlləşdirmişəm. Televiziyaya qayıtmağım isə dostumun məsləhəti ilə oldu. Əvvəl razılaşmadım. Sakit həyata alışmışam. Televiziya elə sahədir ki, orada sakitlik yoxdur. Bilən də, bilməyən də haqqında nə gəldi danışır. Elə şayiələr uydururlar ki, Hollivud ssenaristləri belə mat qalar. Amma dostum "saqqızımı oğurlamağı" bacardı və mən razılıq verdim. Tezliklə layihəm haqda geniş məlumat verəcəyəm". 
 
Qeyd edək ki, Umka Hacıyeva ANS telekanalında bir neçə veriliş aparmaqla yanaşı, bir sıra seriallarda da aktrisalıq edib.

Milli.Az




Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/491607.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR