Aktual mövzular: Dollar alış-satışı , Çempionlar Liqası, Hava haqqında, Məzənnə, Neftin qiyməti

Hikmət Hacıyev: "Ermənistan qoşunlarını işğal olunmuş Azərbaycan ərazilərindən çıxarsa, insidentlər baş verməz"

Hikmət Hacıyev: "Ermənistan qoşunlarını işğal olunmuş Azərbaycan ərazilərindən çıxarsa, insidentlər baş verməz"

Date: 21 November 2016 17:27

Bakı. 21 noyabr. REPORT.AZ/ "Ermənistan Silahlı Qüvvələri işğal olunmuş Azərbaycan ərazilərindən çıxarıldıqdan sonra insidentlər baş verməz, heç onların araşdırılmasına da ehtiyac qalmaz".
Bunu "Report"a açıqlamasında Azərbaycan XİN-in mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev son günlər Ermənistan xarici işlər naziri və digər rəsmi şəxslərin insidentlərin araşdırılması mexanizmi ilə əlaqədar müxtəlif təhrifedici bəyanatlarına münasibət bildirərkən deyib.   
Onun sözlərinə görə, insidentlərin araşdırılması mexanizmi hədəf deyil, münaqişənin həllinə xidmət edə biləcək köməkçi vasitələrdən biridir: "Həqiqətən ilk növbədə ondan başlamalıyıq ki, insidentlər nəyə görə baş verir? Dövlət başçısı Münhen Təhlükəsizlik Konfransında əhatəli və məzmunlu çıxışı zamanı beynəlxalq auditoriya qarşısında bildirmişdi: “Sual ondan ibarətdir ki, işğal olunmuş Azərbaycan ərazilərində Ermənistan əsgərlərinin nə işi var? Erməni əsgərinin Ağdamda nə işi var? Əgər o ölmək istəmirsə onda qoy Ağdama getməsin, olduğu yerdə qalsın, Yerevanda, Gümrüdə, öz ölkəsində qalsın”.
H.Hacıyev qeyd edib ki, Ermənistan tərəfindən münaqişənin həlli prosesinin ən vacib hissəsi olan Ermənistan qoşunlarının işğal olunmuş Azərbaycan ərazilərindən çıxarılması məsələsi qəsdən arxa plana atılır, insidentlərin araşdırılması kimi texniki və köməkçi addım ön plana çəkilir və siyasi möhtəkirlik obyektinə çevrilir: "Tamamilə aydındır ki, Ermənistan bu mexanizm adı altında Azərbaycan ərazilərinin işğalını möhkəmləndirməyə və ATƏT-in Minsk qrupunun həmsədrlərinin prezidentlər səviyyəsində verdikləri bəyanatlarda qəbuledilməz və qeyri-davamlı hesab etdikləri status-kvonu saxlamağa çalışır. Biz dəfələrlə bildirmişik ki, Ermənistan qoşunlarının işğal olunmuş Azərbaycan ərazilərindən çıxarılması prosesinin tərkib hissəsi kimi insidentlərin araşdırılması mexanizmini də nəzərdən keçirməyə hazırıq". 


Tags:  Hikmət Hacıyev Ermənistan qoşunlarını işğal olunmuş Azərbaycan ərazilərindən çıxarsa insidentlər baş verməz

RƏYLƏR


Top news