Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Azərbaycanda "kral əkizlər" dünyaya gəlməyib

Azərbaycanda "kral əkizlər" dünyaya gəlməyib

Date: 21 November 2016 17:37

"Son illər Azərbaycanda doğulan əkizlərin sayı artır. Azərbaycanda 2013-cü ildə 1215, 2014-cü ildə 1286, 2015-ci ildə 1574 çoxdöllü doğuş qeydə alınıb".

Milli.Az xəbər verir ki, bunu APA-ya Səhiyyə Nazirliyinin Doğuşayardım Komissiyasının sədri, Respublika Perinatal Mərkəzin direktoru Sevinc Məmmədova deyib. Onun sözlərinə görə, bir yumurtadan olan hamiləlik zamanı adətən eyni cinsdən (2 qız və ya 2 oğlan) olan əkizlər dünyaya gəlir və onlar görünüşünə görə bir-birinə oxşayırlar. Ananın iki yumurtasından olan hamiləlik nəticəsində fərqli cinsdən (qız və oğlan) əkizlərin doğulmasının mümkünlüyünü qeyd edən S.Məmmədova əlavə edib ki, bu əkizlər bir-birinə oxşamır, rəngləri, görünüşləri fərqli olur: "Lakin bir  yumurtadan fərqli cinsdən olan əkizlərin (qız və oğlan) doğulması nadir hadisələrdən biridir. Həmin əkizlərin bir yumurtanın tam bərabər payı nəticəsində əmələ gəlir və əl izləri, üz cizgiləri tam olaraq bir-birini tamamlayır. Məsələn, birinin üzündə xal sol tərəfdədirsə, digər əkizdə sağ tərəfdə olur. Bir yumurtadan olan fərqli cinsli əkizlərə (qız və oğlan) "kral əkizlər" deyilir. Bu günə kimi Azərbaycanda "kral əkizlər" dünyaya gəlməyib".
 
Komissiya sədri vurğulayıb ki, əkizlər qaradərili insanlarda daha çox qeydə alınır və hər 22 doğuşun biri əkiz uşaqla nəticələnir. O, əkizlərin sayına görə Nigeriyanın birinci yeri tutduğunu deyib: "ABŞ-da hər 60 qaradərili qadından birinin əkiz uşağı olur. Avropada hər 69-dan uşaqdan biri əkiz doğulur. Əkiz uşaqların doğulması hadisəsinə Asiya, Yaponiya, Çində nadir hallarda rast gəlinir.  Asiyada hər 125 doğuşdan biri, Yaponiyada hər 150 doğuşdan biri, Çində 250 doğuşdan biri əkizdir".
 
Dünyada əkizlərlə bağlı qeydə alınan maraqlı hadisələrə gəlincə, S. Məmmədova bildirib ki, 1925-1965-ci ildə Rusiyada Fyodr Vasilyevin ikinci arvadı 16 əkiz, 7 üçəm, 4 dördəm doğub. Ola bilsin ki, onun hormonal fonunda baş verən dəyişiklik səbəbindən bu nəticələr olub. Ginnesin Rekordlar Kitabına düşən argentinalı Espinoza 9 dəfə üçəm, 11 dəfə əkiz, 1 dəfə isə səkkizəm dünyaya gətirib. Səkkizəmlər qalmayıb, hamısı tələf olub. Conas Meri adlı qadın 15 dəfə uşaq dünyaya gətirib və hər dəfə əkiz doğub. 1998-ci ildə Hyuston şəhərində Nigeriyadan qaçqın gələn ailə səkkizəm doğub. Onların nəslində əkiz halı olub. Amerikaya köçərək həyat tərzlərini dəyişməsinə baxmayaraq, səkkizəm dünyaya gətirib, amma uşaqların hamısı ölüb. 1971-ci ildə Sidneydə 19 yaşlı gənc ana Boderik doqquzəm doğub. Onların 7-si diri, 2-si ölü doğulub. Sonradan həmin uşaqlardan 3-ü sağ qalıb. Bu gün dünyada 80 milyon əkiz var. Dünyada tanınmış, beynəlxalq əkizlər paytaxtı Braziliyanın Kandidu-Qadoy şəhəridir. Oranın əhalinin 80 faizi əkizdir".
 
Komissiya sədri vurğulayıb ki, əkizlər aləmi ilə qemellologiya elmi məşğul olur. Əkizlər ətrafda heç kəsin başa düşmədiyi dildə danışırlar ki, buna da kriptofaziya deyilir.

Milli.Az


Tags:  Azərbaycanda kral əkizlər dünyaya gəlməyib

RƏYLƏR


Top news