Aktual mövzular: Dollar alış-satışı , İstanbulda terror, Hava haqqında, Məzənnə, Neftin qiyməti

Akif Çovdarov: "İttiham aktı Məlikməmmədin nağılıdır"

Akif Çovdarov: "İttiham aktı Məlikməmmədin nağılıdır"

Date: 21 November 2016 17:42

Xəbər verdiyimiz kimi, bu gün ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin generalı Akif Çovdarov, idarə rəisləri - Səlim Məmmədov, Akif Əliyev və Orxan Osmanovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, dövlət ittihamçısı sonuncu iclasda yarımçıq qalan ittiham aktını elan edib.

Məhkəmə kollegiyası gedişatın necə aparılacağını açıqlayıb. Hakim bildirib ki, proses hər epizod üzrə ayrıca dindirilmələrlə davam etdiriləcək. Yəni, bir epizod üzrə öncə zərərçəkənlər, sonra şahidlər, ən sonda isə təqsirləndirilənlər ifadə verəcəklər.

Akif Çovdarov ittiham aktına münasibət bildirərkən: "Bu, Məlikməmmədin nağılıdır", - deyərək özünü təqsirli bilmədiyini qeyd edib. Səlim Məmmədov və Akif Əliyev isə sadəcə əmr icra etdiklərini deyiblər: "Biz hərbçiyik, göstəriş nə olurdusa, onu da icra edirdik. Tapşırıqların qanunsuz olmasından xəbərimiz olmayıb. Biz cinayət törətməmişik".

Orxan Osmanov da özünü təqsirli bilmədiyini deyib. Bunun ardınca "Brilyant epizodu" üzrə ifadələr verilməyə başlanılıb. Zərərçəkmiş Şahmar Qurbanov ibtidai istintaqa verdiyi ifadəsi ilə eyni məzmunlu ifadə verib. O, A.Çovdarovun hədə-qorxu yolu ilə ondan nağd pullar və brilyantları necə aldığı haqda danışıb.

A.Çovdarov geniş ifadə verməsə də, Ş.Qurbanovun yalan danışdığını deyib. Sonra prokurorun, vəkillərin suallarına cavablandırıb. A.Çovdarovun vəkili Kamandar Nəsibov isə bu epizod üzrə sual verməyə hazır olmadıqlarını bildirərək vaxt istəyib. Məhkəmə prosesi noyabrın 23-də davam etdiriləcək.

Milli.Az


Tags:  Akif Çovdarov İttiham aktı Məlikməmmədin nağılıdır

RƏYLƏR


Top news