Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Sumqayıtda sərnişin avtobuslarında cibgirlik edən şəxs saxlanılıb

Sumqayıtda sərnişin avtobuslarında cibgirlik edən şəxs saxlanılıb

Date: 21 November 2016 17:42

Bakı. 21 noyabr. REPORT.AZ/ Abşeron Rayon Polis İdarəsinin (RPİ) əməkdaşları bir ildir cibgirliklə məşğul olan şəxsi saxlayıb.
"Report"un xəbərinə görə, sərnişin avtobuslarında cibgirliklə məşğul olan 35 yaşlı Məmmədli Yaşar Kərim oğlu tutularaq istintaqa təhvil verib.
Dindirmə zamanı Y.Məmmədli törətdiyi əməlini etiraf edib. Məlum olub ki, Y.Məmmədli Sumqayıt şəhərində 35 nömrəli marşut xətti üzrə hərəkət edən sərnişin avtobusunda sərnişinin cibindən 1100 manat, Saray qəsəbəsində 501 nömrəli marşut avtobusunda bir nəfərin cibindən 950 manat götürərək aparıb.
Qeyd edək ki, Y.Məmmədli əvvəllər narkotik maddələrdən qanunsuz olaraq istifadə etdiyi üçün məhkumluq həyatı yaşayıb.
Faktla bağlı Abşeron RPİ-də cinayət işi başlanılıb. Araşdırma aparılır.


Tags:  Sumqayıtda sərnişin avtobuslarında cibgirlik edən şəxs saxlanılıb

RƏYLƏR


Top news