Nadir Qafarzadə HƏDƏLƏDİ: “Cavab verəcək”

Nadir Qafarzadə HƏDƏLƏDİ: “Cavab verəcək”
17:48 21 Noyabr 2016
134 Şou
Ölkə mətbuatı
A- A+

Mətbuatda müğənni Nadir Qafarzadə Rusiyanın “Aeroflot” şirkətinin əməkdaşı arasında insident baş verməsi xəbəri dərc olunub.

Publika.az xəbər verir ki, ifaçı isə bu xəbəri təkzib edib:

“İlk öncə bildirim ki, mən “Aeroflot”la yox, “AZAL”la uçuş etmişəm. Bu xəbər isə kökündən yalandır. Məlumatı dəqiqləşdirmək üçün mənə bir jurnalist zəng etdi, söylədim ki, “yalandır”. Bu tip xəbərləri mənim düşmənlərım yayır. Mən heç siqaret çəkmirəm, o ki qaldı içki içəm. Xəbərdarlıq edirəm ki, indən belə barəmdə hər hansı bir əsassız yazı dərc edənlər qanun qarşısında cavab verməli olacaqlar”.

Qeyd edək ki, N.Qafarzadənin Moskva-Bakı səfəri zamanı stüardessa ilə mübahisə etdiyi barədə xəbər yayılıb. Xəbərdə bildirilirdi ki, mübahisəyə səbəb isə Nadirin əlavə spirtli içki istəməsi olub.

Cəvahir


Xəbərin orijinal ünvanı: http://publika.az/news/magazin1/176807.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR