Putin: “SSRİ-in dağılmasından sonra...”

Putin: “SSRİ-in dağılmasından sonra...”
17:53 21 Noyabr 2016
228 Dünya
Ölkə mətbuatı
A- A+

“Rusiya Federasiyası ilə yenidən birləşməyə səs vermiş krımlıların seçiminə ikili standartlardan çəkinərək hörmət etmək lazımdır”.

Publika.az “RİA-Novosti” agentliyinə istinadən xəbər verir ki, bunu amerikalı rejissor Oliver Stounun çəkdiyi “Ukrayna od içində” filmi üçün verdiyi müsahibədə Rusiya prezidenti Vladimir Putin deyib.

“Hər dəfə öz geosiyasi maraqları naminə beynəlxalq hüququ və demokratiya prinsiplərini inşa etmək lazım deyil, insanların seçiminə hörmət etmək lazımdır. Krımda heç bir döyüş əməliyyatları yox idi, orada heç kim güllələmirdi, heç kəs heç kəsi öldürmürdü. Demokratiya xalqın iradəsinə əsaslanan siyasətdir. Xalqın iradəsi necə aydınlaşır? Müasir dünyada səsvermənin köməyi ilə”, - Putin bildirib.

Prezidentin sözlərinə görə, üzv ölkələrin tabelikdə saxlanılması üçün NATO-da “xarici düşmən” obrazı yaradılır. Putin Rusiyanın mifik hərbi təhdid adlandırılmasını “gəlirli məşğuliyyət” adlandırıb.

Rusiya lideri həmçinin NATO-nun genişlənilməsinə ölkəsinin niyə kəskin reaksiya verdiyini izah edib: “Qərarların qəbul olunması təcrübəsi bizi narahat edir. Mən bilirəm, NATO-da qərarlar necə qəbul edilir. Bir ölkə NATO-nun üzvü olursa, ölkə liderinin NATO-nun təzyiqinə müqavimət göstərməsi çətin olur. ABŞ kimi digər ölkələr də NATO-nun yeni üzvünün ərazisində raketdən müdafiə sistemi, yeni bazalar və yeni raket kompleksləri ilə asanlıqla ortaya çıxa bilər. Biz nə etməliyik. Biz əks-tədbirləri görməli, bizi təhdid edən bu sistemləri raketlərimizin təsir məsafəsində saxlamalıyıq. Biz anlayırıq ki, dünya dəyişdi, hər şeyi “soyuq müharibə” dövrünün dondurulmuş vəziyyətində saxlamaq mümkün deyil. Gələcəyə baxmaq lazımdır”.

Putinin sözlərinə görə, Ukrayna xalqı SSRİ-in dağılmasından sonra sistematik soyğun yaşayıb. Avropa İttifaqı ilə Ukrayna arasında imzalanan assosiasiya haqqında müqavilə ətrafındakı vəziyyəti şərh edən Rusiya lideri vurğulayıb ki, Rusiya və Ukrayna arasında unikal iqtisadi münasibətlər mövcud idi: “Xüsusi halda, Rusiyanın bazarları Ukrayna malları üçün tamamilə əlçatan idi, gömrük sərhədləri tamamilə açıq idi. Beləliklə, Avropa İttifaqı assosiasiya haqqında razılaşma ilə öz mallarını heç bir danışıqlarsız ərazimizə daxil edirdi. Moskvanın assosiasiya razılaşması ilə bağlı narahatlığının səbəbi bu idi”.

Rusiya lideri əlavə edib ki, bu, Ukraynanın seçimidir: “Biz bu seçimə hörmət edirik, amma biz bu seçimin əvəzini ödəməyə məcbur deyilik”.

Ömər Dağlı


Xəbərin orijinal ünvanı: http://publika.az/news/dunya/176813.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR