"Neftçi" klubu Bəhram Bağırzadənin istefasına münasibət bildirib

"Neftçi" klubu Bəhram Bağırzadənin istefasına münasibət bildirib
17:57 21 Noyabr 2016
126 İdman
Ölkə mətbuatı
A- A+

Bakı. 21 noyabr. REPORT.AZ/ “Neftçi” futbol klubu aktyor Bəhram Bağırzadənin Müşahidə Şurası üzvlüyündən istefası ilə bağlı məlumat yayıb. "Report" xəbər verir ki, rəsmi açıqlamada B.Bağırzadənin öz istəyi ilə üzvlük səlahiyyətlərinin icrasını dayandırdığı bildirilir. 
Klub ona Müşahidə Şurasındakı fəaliyyəti ilə əlaqədar təşəkkür edərək, gələcək işlərində uğurlar arzulayıb.
Qeyd edək ki, Bəhram Bağırzadə "Neftçi"də 2015-ci ilin aprelindən çalışırdı. 

Xəbərin orijinal ünvanı: https://report.az/futbol/neftci-klubu-behram-bagirzadenin-istefasina-munasibet-bildirib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR