Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

"Azəravtoyol" sabahkı qara belə hazırlaşır - FOTO

"Azəravtoyol" sabahkı qara belə hazırlaşır - FOTO

Date: 21 November 2016 18:08

Qış mövsümündə avtomobil yollarına, prospekt və küçələrinə xidmət, həmçinin yolların qardan təmizlənməsi üçün kifayət qədər yol texnikası, maşın və mexanizm hazır vəziyyətə gətirilib.

Bu barədə Publika.az-a “Azəravtoyol”ASC-dən məlumat verilib.

Ümumilikdə Bakı şəhərinin qış mövsümündə küçə və prospektlərinə xidmət məqsədi ilə 357 ədəd, respublikanın avtomobil yollarına isə xidmət məqsədi ilə 669 ədəd yol texnikası, maşın və mexanizm saz vəziyyətə gətirilib. Sözügedən yol texnikası, maşın və mexanizmlərin yanacaqla təmin edilməsi məqsədi ilə lazımi miqdarda yanacaq-sürtgü materialları ehtiyyatı toplanıb.

Bundan başqa, mövsümdə tələb olunan miqdarda qum və texniki duz ehtiyyatının toplanması işləri də avam etdirilir. Bunun üçün 2 min ton texniki duzun alınması təmin olunub, yaxın günlərdə isə daha 2 min ton duzun alınması nəzərdə tutulub.

Cəmiyyətin tabeliyində olan MMC-lər tərəfindən də tələb olunan miqdarda qum, texniki duz və yanacaq-sürtgü materialları ehtiyyatı toplanıb. Mailliyi böyük olan sahələrə və sərt döngələrə səpilməsi üçün nəzərdə tutulmuş qum və duz qarışığından ibarət ehtiyyatlar yığılınb.

Payız-qış mövsümünə hazırlıq məqsədi ilə “Azəravtoyol” ASC tərəfindən körpülərin requlyasiyalarının dağılmış hissələrinin bərpası və körpülər yerləşən ərazidə çayların yataqlarının təmizlənməsi, yol nişanlarının, yol avadanlıqlarının və siqnal dirəklərinin texniki vəziyyətinə baxış keçirilməsi və mövcud nöqsanları aradan qaldırılması, həmçinin avtomobil yollarının cari təmiri, çiyinlərin bərkidilməsi, suötürücü boruların giriş-çıxış hissələrinin və küvetlərin təmizlənməsi işləri davam etdirilir.

Qeyd edək ki, sinoptiklər sabah Bakıda və Abşeron yarımadasında bu il qış mövsümündə ilk qarın yağacağı ilə bağlı proqnoz verib.






Tags:  Azəravtoyol sabahkı qara belə hazırlaşır FOTO

RƏYLƏR


Top news