Neft kəməri uğrunda müharibə başlandı - FOTO

Neft kəməri uğrunda müharibə başlandı - FOTO
18:33 21 Noyabr 2016
117 Dünya
Ölkə mətbuatı
A- A+

ABŞ-da Şimali Dakotada inşa ediləcək boru xəttinə qarşı çıxan yüzlərlə etirazçı polislə atışıb.

Publika.az
xəbər verir ki, böyük layihənin inşasına əngəl olmaq istəyən təbiəti sevənlər və yerli xalq ötən aydan bağlı olan Backvater Körpüsünü keçməyə cəhd ediblər. Polis isə onları su şırnağı, plastik mərmi və bibər qazı ilə vurub.

“Röyters”in xəbərinə görə, polis 400-ə yaxın etirazçının iştirak etdiyi aksiyanı dağıdıb. Lakin axşam saatlarında boru xəttinin yaxınlarında silahlı toqquşma yaşanıb və bir nəfəri saxlanılıb.

Etirazçılar boru xətti layihəsinin su mənbələrinə zərər verəcəyini və yerli xalqın müqəddəs torpaqlarına hörmətsizlik olduğunu düşünürlər.

Qeyd edək ki, “Dakota Access” neft kəməri İova və İllinois ilə Şimali və Cənubi Dakota əyalərindən keçəcək. Layihənin dəyəri 3,7 milyard dollardır. Missuri çayının kənarından keçəcək boru xətti yerli qəbilələrin ibadət və müqəddəs məzar yerlərinə də təhlükə yaradır.

Asif









Xəbərin orijinal ünvanı: http://publika.az/news/dunya/176820.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR