Nitsada Bakının ev sahibliyi etdiyi Formula 1 yarışına həsr olunmuş tədbir keçirilib - FOTO

Nitsada Bakının ev sahibliyi etdiyi Formula 1 yarışına həsr olunmuş tədbir keçirilib - FOTO
18:47 21 Noyabr 2016
56 Ölkə
Ölkə mətbuatı
A- A+

Fransanın Nitsa şəhərində Avropa Azərbaycan Cəmiyyətinin (TEAS) Fransa ofisinin və ISEFAC Biznes Məktəbinin Nitsa filialının birgə təşkilatçılığı ilə Formula 1 Avropa Qran Prisiniə həsr olunmuş konfrans keçirilib.

Milli.Az bildirir ki, Trend-in məlumatına görə, tədbirdə bu ilin 19 iyununda Formula 1 Avropa Qran Prisinə ilk dəfə ev sahibliyi edən Bakıda yarışın təşkili işində əldə olunmuş təcrübə, xüsusilə də şəhər halqası boyu ümumi təhlükəsizlik tədbirlərinin yüksək səviyyədə həlli məsələləri ətrafında müzakirələr aparılıb. Konfransın əsas məruzəçisi Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin (BŞHƏŞ) baş icraçı direktoru Arif Rəhimov olub.

Konfransa ISEFAC Biznes Məktəbinin marketinq və idman tədbirləri üzrə ixtisaslaşan tələbələri, həmçinin, Nitsa və ətraf regiondan olan bir sıra təhsil mütəxəssisləri də daxil olmaqla 70-dən artıq iştirakçı qatılıb.

Avropa Azərbaycan Cəmiyyətinin Fransa ofisinin direktoru Marie-Laetitia Gourdin təşkilatın idmanla bağlı fəaliyyəti və Azərbaycanın idman strategiyası haqqında qısa məlumat verib. O bildirib ki, idman universal bir dildir və ölkəni təbliğ etmək üçün mükəmməl bir alətdir: "Eyni zamanda davamlı inkişaf üçün yeni imkanlar yaradır. 2015-ci ildə Azərbaycan Avropa Oyunları və 2016-cı ildə Formula 1 Avropa Qran Prisi yarışlarına ev sahibliyi etməklə nəhəng infrastruktur layihələrin həyata keçirilməsi ilə yadda qaldı".

Sonra A.Rəhimov Formula 1 Avropa Qran Prisi yarışı haqqında geniş video təqdimat keçirib. Təqdimatda halqa üçün inşa edilmiş infrastrukturun fotoşəkilləri və tədbirin özünü nümayiş etdirən videoçarxlar da göstərilib. A.Rəhimov deyib: "Unikal Bakı Şəhər Halqası elə təşkil olunmuşdu ki, Formula 1 yarışını televiziya vasitəsi ilə izləyən tamaşaçılar Bakının YUNESKO-nun Ümumdünya İrsi Siyahısına daxil olan İçərişəhər tarixi-memarlıq qoruğu, şəhərin müasir göydələnləri və Xəzərin sahilboyu hissəsini özündə birləşdirən ecazkar simasını da görə bildilər. Bütün çətinliklərin öhdəsindən layiqincə gəldik və tədbir uğurla keçdi".

Daha sonra TEAS, "Lions Club Nice Arénas" uşaq assosiasiyası ilə birgə xeyriyyə konserti də keçirib.

"Lions Club Nice Arénas" assosiasiyasının prezidenti Andre Ro bu ilin 14 iyul tarixində Nitsanın "Promenade des Anglais" küçəsində bütün dünyanı dəhşətə qərq edən terror aktı haqqında danışıb. Terror nəticəsində uşaqlar arasında çoxsaylı itkilərin olması haqqında faktlar açıqlayıb: "Bir ildən çoxdur ki, biz "Lions Club" assosiasiyası ilə birlikdə bu təşkilatın işinə dəstək vermək üçün xeyriyyə konsertinin təşkil olunmasını müzakirə edirik və iyul faciəsindən sonra bu layihə tamamilə yeni müstəviyə keçdi".

Xeyriyyə konsertində Azərbaycanın caz pianoçusu Emil Əfrasiyab akkordeon ifaçısı Ənvər Sadıqovla duetlə çıxış edib. Onlar bunu Nitsada baş vermiş dəhşətli terror hadisəsi qurbanlarının xatirəsinə həsr ediblər. Konsert zamanı Nitsa regionunda uşaq layihələri üçün 2500 avro toplanıb.

Milli.Az













RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Ölkə mətbuatında bugün »

ABŞ-ın müdafiə naziri Ukraynaya gəlir

23 Avqust 2017 06:14

İspaniyada naməlum sürücü avtomobilini polis maşınına çırpıb

23 Avqust 2017 06:07

Bu ilin 6 ayında Azərbaycana gəlmiş ƏCNƏBİLƏRİN SAYI AÇIQLANDI

23 Avqust 2017 06:03

Təzə ana olan Beyons bədənini göstərdi

23 Avqust 2017 05:59

Maduro Papadan kömək istədi - ABŞ-ın hücumunun qarşısını almaq üçün

23 Avqust 2017 05:33

Sabiq baş nazir azadlığa buraxıldı

23 Avqust 2017 05:29

Bakıda üç qardaş salam vermədiklərinə görə bıçaqlanıb

23 Avqust 2017 05:17

Hamilə idmançıdan yeni FOTOLAR

23 Avqust 2017 05:03

Liviyanın oğurlanmış keçmiş baş naziri azad edilib

23 Avqust 2017 05:02

Netanyahu Putinlə İranı müzakirə edəcək

23 Avqust 2017 04:54

Paris son 10 ildə turistlərin sayına görə rekord vurub

23 Avqust 2017 04:33

"Astana" və "Başakşəhər" ÇL-in qapısını bərk çırpdı - GECƏNİN NƏTİCƏLƏRİ

23 Avqust 2017 04:07

Məşhur aparıcı parıltılı bikinisi ilə diqqət çəkdi - FOTOLAR

23 Avqust 2017 04:03

Bayram Kürdəxanılını maşın vurub öldürdü

23 Avqust 2017 03:29

İrlandiyada sürücü avtomobili piyadaların üzərinə sürüb: xəsarət alanlar var

23 Avqust 2017 03:27

Putin Sarkisyanla danışıqlar aparacaq

23 Avqust 2017 03:14

Ruslara qarşı vuruşan partizanlar - Azərbaycanda kəndli üsyanları

23 Avqust 2017 03:03

ABŞ Rusiyada vizaların verilməsini dayandırır

23 Avqust 2017 02:44

Meyxana ustası Bayram Kürdəxanılını avtomobil vurub

23 Avqust 2017 02:42

Oksana Rəsulovadan “Yay qızı” layihəsi – FOTOLAR

23 Avqust 2017 02:33

“Nörmand dördlüyü”nün danışıqları oldu

23 Avqust 2017 02:09

“WhatsApp”da statuslar rəngli olacaq

23 Avqust 2017 02:03

Azərbaycan və Aİ arasında yeni Saziş üzrə növbəti danışıqlar sentyabrda keçiriləcək

23 Avqust 2017 01:45

Maduro Papadan ABŞ-ın hücumunun qarşısını almaq üçün kömək istəyib

23 Avqust 2017 01:42

Tillerson: "Rusiya "Taliban"ı silahlandırır"

23 Avqust 2017 01:34

Çempionlar Liqası: 5 oyunun nəticəsi bəlli oldu, gözlər sabah "Qarabağ" oyununda

23 Avqust 2017 01:33

Türkiyədə üzüm bağında 6 nəfəri ildırım vurub

23 Avqust 2017 01:18

Azərbaycan neftinin qiyməti 54 dollara çatır

23 Avqust 2017 01:03

Bu gün Füzulinin işğal olunduğu gündür

23 Avqust 2017 00:56

Çempionlar Liqası: Qrup mərhələsinə vəsiqə qazanan 5 komandanın adı məlum olub

23 Avqust 2017 00:47

Rusiya və Türkiyə xeyli kontraktlar razılaşdırdılar

23 Avqust 2017 00:39

Füzuli və Cəbrayıl rayonlarının işğalından 24 il ötür

23 Avqust 2017 00:33

İŞİD-in 96 üzvü əfv edildi -

23 Avqust 2017 00:30

Poroşenko Donbasda yeni atəşkəs rejimi təklif etmək niyyətindədir

23 Avqust 2017 00:18

Uşaq 2-ci mərtəbədən yıxıldı: xəstəxanalı oldu

23 Avqust 2017 00:09

Astroloji proqnoz - 23 avqust

23 Avqust 2017 00:08

"Türyançay" qoruğu yangından mühafizə edildi

23 Avqust 2017 00:04

Bakıda nəhəng söküntü qərarı: paytaxtın 9 rayonunda köhnə binalar söküləcək

23 Avqust 2017 00:03

Ermənilərin Cəbrayıl və Füzuli rayonlarını işğal etməsindən 24 il ötür

23 Avqust 2017 00:02

Çində dünyada ilk onlayn-məhkəmə fəaliyyətə başlayıb

23 Avqust 2017 00:02

DÇ-2017: Elvin Mürsəliyev bürünc medal qazandı

22 Avqust 2017 23:48

Dənizdə batan şəxs xilas edilib -

22 Avqust 2017 23:43

Azərbaycan və Aİ arasında yeni Saziş üzrə növbəti danışıqlar sentyabrda keçiriləcək

22 Avqust 2017 23:33

Azərbaycan yanğınsöndürənlərinin digər qüvvələri Gürcüstanda meşə yanğınlarının söndürülməsi prosesinə qoşulacaqlar

22 Avqust 2017 23:32

Amerikalı hərbçilərin cəsədləri tapıldı -

22 Avqust 2017 23:30

Poroşenkodan Donbasa dair yeni təklif

22 Avqust 2017 23:19

Qurban Qurbanov: "Bu oyunda daha çox güc sərf etməliyik, şansımız var"

22 Avqust 2017 23:18

Azərbaycan güləşçisi dünya çempionatında medal qazanıb

22 Avqust 2017 23:17

“Kopenhagen”də olduqca güclüdü" - Miçel

22 Avqust 2017 23:07

Qurban Qurbanov sabahkı oyunu şərh etdi

22 Avqust 2017 23:04