Hərraca 105 milyon manatlıq tələb yaranıb

Hərraca 105 milyon manatlıq tələb yaranıb
19:03 21 Noyabr 2016
Ölkə mətbuatı
A- A+

Mərkəzi Bank tərəfindən vəsaitlərin cəlb edilməsi üzrə depozit hərracının nəticəsini açıqlayıb.

Publika.az xəbər verir ki, Mərkəzi Bank tərəfindən vəsaitlərin cəlb edilməsi üzrə keçirilmiş növbəti depozit hərracında tələb 105 mln. manat, hərracın nəticəsində bağlanılmış depozit əqdləri üzrə orta ölçülmüş faiz dərəcəsi isə 14,98% təşkil edib.

Qeyd edək ki, Mərkəzi Bank 50 milyon manat cəlb edəcəyini açıqlamışdı. 2016-cı ilin iyun ayından etibarən Mərkəzi Bank tərəfindən likvidliyin sterilizasiyası məqsədilə milli valyutada sərbəst vəsaitlərin cəlb olunması üzrə depozit hərraclarının keçirilməsinə başlanıb. Məqsədlərdən biri dollarlaşma səviyyəsinin azaldılmasıdır. Banklardakı izafi Manat əlavə dollar alışlarına təkan verə biləcəyindən, Mərkəzi Bank həmin manat kütləsini yüksək faiz ödəyərək cəlb edir.

İqtisadiyyat şöbəsi


Xəbərin orijinal ünvanı: http://publika.az/news/pul/176809.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR