Füzulinin İraqdakı məzarı dağıdılıb? - FOTO

Füzulinin İraqdakı məzarı dağıdılıb? - FOTO
19:05 21 Noyabr 2016
Ölkə mətbuatı
A- A+

Son vaxtlara qədər Azərbaycanın dahi şairi Məhəmməd Füzulinin qəbrinin dağınıq durumda olması, onun üzərində hansısa digər tikilinin inşa edilməsi haqqında bir-birinə zidd məlumatlar yayılmışdı. Amma bu günlərdə İraqdan gələn bir xəbər və fotogörüntülər böyük şairin məzarı haqqında deyilənləri təkzib edib.

Tanınmış şərqşünas-alim və tərcüməçi Məsiağa Məhəmmədinin modern.az-a bildirdiyinə görə, bu günlərdə şair və naşir Səid Muğanlı böyük Füzulinin qəbrini ziyarət edərək, oradan fotogörüntülər hazırlayıb.

Səid Muğanlının hazırladığı fotolardan görünür ki, Füzulinin məzarı yerindədir və onun üzərində hansısa qeyri tikili inşa edilməyib.

Xatırladaq ki, 1494-cü ildə İraqın Kərbəla şəhərində dünyaya gəlmiş Məhəmməd Füzuli 1556-cı ildə elə orada taun xəstəliyindən vəfat edib. Şairin qəbri də məhz Kərbəladadır.

Milli.Az





Xəbərin orijinal ünvanı: http://news.milli.az/culture/491677.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR