Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

"İlk azərbaycanlı idmançıyam ki, belə mötəbər yarışın finalındayam"

"İlk azərbaycanlı idmançıyam ki, belə mötəbər yarışın finalındayam"

Date: 21 November 2016 19:32

"Nə vaxta kimi rinqdə mübarizə aparacağamsa, sonuna qədər bayrağımız üçün döyüşəcəyəm".

Milli.Az goal.az-a istinadən xəbər verir ki, bu sözləri Azərbaycan Kikboksinq Federasiyasının yığma komandasının kapitanı, Daxili İşlər Nazirliyinin İdman Cəmiyyətinin idmançısı, tanınmış kikboksçu, "lord" qələbli Ramal Aslanov bildirdi.

"Həmişə adımın yanında müqəddəs Azərbaycanım olacaq. Allah bütün idmançılarımıza güc-qüvvət versin ki, vətəni və bayrağı şərəf, ləyaqətlə təmsil etsinlər".

Ramal Aslanov 2016-ci ildə 7 peşəkar döyüş keçirdiyini bildirdi: "Hamısında da qələbə qazanmışam. Almaniyada kikboksinqdə peşəkarlar arasında WMAO-dan dünya kəmərini qazanmışam. Hazırda Çində keçirilən FAITH FIGHT (FF) dünya Qrand Prisində finalçıyam. Onu bildirim ki, ilk azərbaycanlı idmançıyam ki, belə mötəbər yarışın finalındayam".

Qeyd edək ki, Ramal Aslanov məşqlərini DİN İC-nin baş məşqçisi,əməkdar məşqçi Hakim Hacıyevin yanında davam etdirir.

Milli.Az


Tags:  İlk azərbaycanlı idmançıyam belə mötəbər yarışın finalındayam

RƏYLƏR


Top news