“Şeytan üçbucağı”, Türkiyə üçün SON DÖYÜŞ, Qarabağdan imtina... – GÜNÜN SİYASİ XÜLASƏSİ

“Şeytan üçbucağı”, Türkiyə üçün SON DÖYÜŞ, Qarabağdan imtina... – GÜNÜN SİYASİ XÜLASƏSİ
20:03 21 Noyabr 2016
448 Ölkə
Ölkə mətbuatı
A- A+

İrəvanda hakimiyyətin “1000 dram” layihəsinə qarşı etirazlar davam edir. Rusiya prezidenti Vladimir Putin ABŞ və NATO-ya Avropada qurulan raketdən müdafiə sistemi ilə bağlı xəbərdarlıq edib. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın xəbərdarlığı isə Brüsselədir: Ankara Şanxay Əməkdaşlıq Təşkilatına üz tuta bilər. Suriyada isə Türkiyəyə qarşı “şeytan üçbucağı” yaradılır.

Ermənistan Qarabağdan imtina etdi: “Müharibə istəmirik...”

Ermənistanın yeni müdafiə naziri Viqen Sarkisyan parlamentdə müharibə şəraitində həlak olan və yaralanan hərbiçilərin ailələrinə yardım məqsədilə fond yaradılmasını və hər vətəndaşın həmin fonda 1000 dram (təxminən 2 dollar) ödəməsini özündə əks etdirən layihə təqdim edib.

Lakin bu təklif cəmiyyət tərəfindən sərt etirazla qarşılanıb. “Epress” saytı yazır ki, sosial şəbəkələrdə “oğlunu itirdiyinə görə kredit ödəyir - #1000 dram” həştəqi yaradılıb. Etirazçılar Qarabağı, onun uğrunda aparacaqları müharibəni istəmədiklərini bəyan ediblər.

Ermənistan Qarabağdan imtina etdi: “Müharibə istəmirik...”

İrəvanda hakimiyyətin “1000 dram” layihəsinə qarşı etirazlar davam edir.

2017-ci ildə ATƏT-ə sədrlik edəcək Avstriyanın xarici işlər naziri Sebastian Kurs Dağlıq Qarabağ münaqişəsindən danışıb.Ermənistan mediasına müsahibə verən Kurs münaqişənin sülh yolu ilə həllini dəstəklədikərini bildirib.

“Zorakılığın daha bir partlayışı qaçılmaz ola bilər. Lakin Moskvadan Vaşinqtona qədər bütün beynəlxalq ictimaiyyət zorakılığa qarşı olduğunu bəyan edib. Danışıqlar masasında bir sıra təkliflər var idi və bunların müzakirəsi gözlənilir. Avstriya sülhün nizamlanması yollarının axtarışlarında Azərbaycan və Ermənistana kömək etməyə hazırdır”, - deyə o bildirib.
ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Ceyms Uorlik bu il dekabrın 31-də Dövlət Departamentindəki fəaliyyətini dayandırır.
O, özünün “Twitter” hesabında yazıb ki, 30 illik iş yeri olan Dövlət Departamenti ilə yanaşı, Minsk qrupundakı fəaliyyətini də dayandıracaq. Amerikalı həmsədr Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllini arzulayıb. C.Uorlik qeyd edib ki, o, Rusiyaya məxsus “Egorov Puginsky Afanasiev&Partners” şirkətinin Vaşinqton nümayəndəliyində işləyəcək.

ABŞ Ermənistanı Qarabağla vurmağa başlayacaq – Sanders

ABŞ Milli Maraqlar Mərkəzinin icraçı direktoru Pol Sanders deyib ki, Qara dəniz və Cənubi Qafqaz bundan sonra da NATO-nun cavabdehlik dairəsinə daxil olacaq.

Onun sözlərinə görə, NATO və ABŞ hər zaman Cənubi Qafqazda mövcudluğunu saxlayacaq: “Əvvəllər bu regionda gərgin mübarizələr müşahidə edilirdi, indi isə Qərb çalışır ki, Rusiya ilə qarşıdurmaya getməsin və Şərqi Avropa ölkələrinin NATO-ya davamlı inteqrasiyasını təmin etsin. Hazırda ABŞ Şərqi Avropanın məsuliyyətini Avropa Birliyinin üzərinə atıb və kənarda qalaraq Rusiya planlarının bu regionlarda necə məhv olmasını gözləyir. Avropa Birliyi Şərqi Avropa ölkələrinin inteqrasiyası üçün effektiv mexanizm idi, amma Ermənistandakı hadisələr nümayiş etdirdi ki, ABŞ olmasa, Rusiya bu proseslərdə istənilən avantüra, təzyiq və şantaja hazırdır. Ermənistan hələ anlamır ki, hansı çətin situasiya düşüb. İrəvanı cəzalandırmayacaqlar, sadəcə, üstünlüyü digər region ölkələrinə verməklə Ermənistana məhəl qoymayacaqlar. Qərb ictimaiyyəti Ermənistanı Qarabağ probleminə böyük diqqət ayırmayaraq, qoruyurdu. İndi isə Rusiyaya qarşı təzyiq siyasəti artacaq və Qarabağ məsələsi də ona qarşı istifadə edilən rıçaqlardan biri olacaq. Buna görə Ermənistan əziyyət çəkəcək”.

Azərbaycan, İran və Rusiya dövlət başçılarının üçtərəfli görüşü gələn il Tehranda keçirilə bilər. Bunu İran Xarici İşlər Nazirliyinin sözçüsü Bəhram Qasımi keçirdiyi mətbuat konfransında deyib.

Ərdoğandan ŞOK XƏBƏRDARLIQ: “Bütün dünyanı yandıracaq və qana bulayacaqlar”

NATO Parlament Assambleyasının Türkiyədə keçirilən payız sessiyasının toplantısında çıxış edən bu ölkənin prezidenti Rəcəb Tayyib Ərdoğan Qərbə xəbərdarlıq edib.

“Türkiyə terror təşkilatlarına qarşı sanki bir divardır. Biz əgər bu mübarizədə müvəffəqiyyətsiz olsaq, yəni bu divar yıxılsa, terrorçular bir sel kimi bütün dünyanı yandıracaq və qana bulayacaq. Terrorla mübarizədə Türkiyəyə verilən hər dəstək həmin ölkələrin öz gələcəyinə qoyduğu sərmayədir”, - Ərdoğan deyib.

Ərdoğandan ŞOK XƏBƏRDARLIQ: “Bütün dünyanı yandıracaq və qana bulayacaqlar” - VİDEO

“Türkiyə terror təşkilatlarına qarşı bir divardır”.

Rəcəb Tayyib Ərdoğan həmçinin 15 iyul hərbi çevriliş cəhdində iştirakda şübhəli bilinən hərbçilərin NATO-da çalışması, yaxud NATO tərəfindən onlara sığınacaq verilməsini yolverilməz olduğunu deyib. Prezident Alyansdan terrorçuluqda ittiham olunan hərbçilərin ekstradisiya olunmasını tələb etdiklərini qeyd edib.

Xatırladaq ki, NATO-nun Baş katibi Yens Stoltenberq 15 iyul hərbi çevriliş cəhdindən sonra NATO-da çalışan türkiyəli hərbçilərin siyasi sığınacaq üçün müraciət etdiyini açıqlamışdı.

“TRT World” kanalına danışan İngiltərə parlamentinin üzvü Daniel Kavzinski isə deyib ki, Türkiyə FETÖ ilə mübarizədə tək buraxılmamalıdır”.

“Şəxsən mən çevriliş cəhdinin arxasında FETÖ-nün olduğuna inanıram. Gülənçilər yalnız Türkiyə sərhədləri daxilində fəaliyyət göstərmir. Belə bir hadisə bu gün Türkiyədə baş verirsə, sabah hər hansı Avropa ölkəsində də baş verə bilər”, - o bildirib.

Avropadan Türkiyə XƏBƏRDARLIĞI: “Fəlakət olar!”

Türkiyə FETÖ ilə mübarizədə tək buraxılmamalıdır”.

Türkiyəyə qarşı “şeytan üçbucağı” – SON DÖYÜŞ BAŞLAYIR

Suriyada isə Türkiyəyə qarşı “şeytan üçbucağı” yaradılır. “Yeni Şafak” qəzetinin məlumatına görə, Əl Babın ətrafında İŞİD-lə yanaşı, PYD/YPG (PKK-nın Suriya qolu), Əsəd gücləri, Hizbullah, şiə milislər, İran və Amerika da var: “Bütün güclərin ortaq hədəfi “Fərat qalxanı” əməliyyatını Əl Babda darmadağın etmək və terror dəhlizini (kürd dəhlizi) Əl Babın cənubunda həyata keçirməkdir”.

“Bütün bu proseslərə İran və Amerika da dəstək verir”, - deyə qəzet qeyd edir.

Türkiyəyə qarşı “şeytan üçbucağı” – SON DÖYÜŞ BAŞLAYIR

Suriyada Türkiyəyə qarşı “şeytan üçbucağı” yaradılır.

Yəhudi alimdən Türkiyə ilə bağlı ŞOK PROQNOZLAR

“Yeni söz” nəşri ABŞ Mərkəzi Kəşfiyyat Agentliyinin (CIA) “kölgəsi” olaraq tanınan “Stratfor” analitik şirkətinin qurucusu, yəhudi alim Corc Fridmanın Türkiyə ilə bağlı bəyanatlarını şərh edib.

Fridmanın 2009-cu ilin yanvar ayında çıxan “Gələcək 100 il: XXI əsr üçün proqnozlar” kitabında yaxın zamanda üçüncü dünya müharibəsinin başlaya biləcəyi, Rusiya və Çinin çökəcəyi, Türkiyənin isə dünyanın ikinci super gücü olacağı göstərilib. O, son olaraq Türkiyənin Yaxın Şərq, Balkanlar, Ərəbistan yarımadası və Şimali Afrikaya hakim bir imperatorluğa çevriləcəyini, bunun da ABŞ-ın əsəblərini pozacağını söyləyib.

Yəhudi alimdən Türkiyə ilə bağlı ŞOK PROQNOZLAR

“Stratfor” analitik şirkətinin qurucusu yəhudi alim Corc Fridman çaşdırıcı bəyanatlarını davam etdirir.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Şanxay Əməkdaşlıq Təşkilatına (ŞƏT) üzv olmaq istəyini bildirərək Avropaya mesaj göndərməsi gündəmdə xüsusi yer tutur. Türkiyə prezidentinin bu bəyanatı ŞƏT-in aparıcı dövlətləri olan Rusiya və Çin tərəfindən müsbət qarşılanıb.

Rusiya Dövlət Dumanın müdafiə komitəsinin üzvü Aleksey Puşkov “Tvitter” hesabında məsələyə münasibət bildirərək bunu olduqca məntiqli addım adlandırıb: “Türkiyənin ŞƏT-ə üzvlüyü Ərdoğan üçün məntiqli bir addım olardı. Bu təşkilat Avropa Birliyindən fərqlidir və onun yerinə keçə bilməz. Ancaq birlikdən fərqli olaraq ŞƏT üzvləri tamamilə müstəqildir”.

Çin Xarici İşlər Nazirliyinin sözçüsü Ginq Şuanq Türkiyəni təşkilatda görmək istədiklərini bildirib: “Türkiyə Avrasiya məkanında çox önəmli bir ölkədir və ŞƏT ilə əməkdaşlıq arzusuna böyük önəm veririk. Pekin üzv ölkələrlə təşkilatın hüquqi statusunu müzakirə etməyə hazırdır”.

Xatırladaq ki, Pakistan və Özbəkistan səfərindən qayıdarkən jurnalistlərin suallarını cavablandıran Ərdoğan Avropa İttifaqı ilə danışıqların ləğv ediləcəyi xəbərdarlığını edib.

Obamanın İran planı açıqlandı – TRAMPA QARŞI

ABŞ-ın “Wall Street Journal” qəzetinin yazdığına görə, prezidenti Barak Obamanın administrasiyası hakimiyyətin sonuna kimi İranla nüvə razılaşmasının möhkəmləndirilməsinə yönəlik addımlar atmağı planlaşdırır.

Mümkün addımlar arasında İranda işləmək üçün Amerika şirkətlərinə lisenziyaların verilməsi, həmçinin bir sıra sanksiyaların ləğvi var. Məlumata görə, Obama administrasiyası hələ prezident seçkilərinə kimi (8 noyabr –red.) bu barədə qərarlar qəbul etmək fikrində idi.

Obamanın İran planı açıqlandı – TRAMPA QARŞI

ABŞ prezidenti Barak Obamanın administrasiyası hakimiyyətin sonuna kimi İranla nüvə razılaşmasının möhkəmləndirilməsinə yönəlik addımlar atmağı planlaşdırır.

Putin: “SSRİ-nin dağılmasından sonra...”

Rusiya prezidenti Vladimir Putin amerikalı rejissor Oliver Stounun çəkdiyi “Ukrayna od içində” filmi üçün verdiyi müsahibəsində bir sıra beynəlxalq mövzulara toxunub və NATO-ya xəbərdarlıq edib.

Prezidentin sözlərinə görə, üzv ölkələrin tabelikdə saxlanılması üçün NATO-da “xarici düşmən” obrazı yaradılır. Putin Rusiyanın mifik hərbi təhdid adlandırılmasını “gəlirli məşğuliyyət” adlandırıb.

Rusiya lideri həmçinin NATO-nun genişlənilməsinə ölkəsinin niyə kəskin reaksiya verdiyini izah edib: “Qərarların qəbul olunması təcrübəsi bizi narahat edir. Mən bilirəm, NATO-da qərarlar necə qəbul edilir. Bir ölkə NATO-nun üzvü olursa, ölkə liderinin NATO-nun təzyiqinə müqavimət göstərməsi çətin olur. ABŞ kimi digər ölkələr də NATO-nun yeni üzvünün ərazisində raketdən müdafiə sistemi, yeni bazalar və yeni raket kompleksləri ilə asanlıqla ortaya çıxa bilər. Biz nə etməliyik. Biz əks-tədbirləri görməli, bizi təhdid edən bu sistemləri raketlərimizin təsir məsafəsində saxlamalıyıq. Biz anlayırıq ki, dünya dəyişdi, hər şeyi “soyuq müharibə” dövrünün dondurulmuş vəziyyətində saxlamaq mümkün deyil. Gələcəyə baxmaq lazımdır”.

Putin: “SSRİ-nin dağılmasından sonra...”

Rusiya Federasiyası ilə yenidən birləşməyə səs vermiş krımlıların seçiminə ikili standartlardan çəkinərək hörmət etmək lazımdır.

Rusiya lideri həmçinin bildirib ki, Mixail Saakaşvilinin qubernatorluğu Odessa sakinləri və bütün Ukrayna xalqı üçün təhqir idi.

“Bu sadəcə, Odessa sakinlərinə və bütün Ukrayna xalqına təhqirdir. ABŞ-da hətta ona işçi vizanı vermədilər. İşə düzəlməyə çalışdığı universitetlər onu daimi işə götürmək istəmədilər”, - Saakaşvilinin təyinatını şərh edən Putin bildirib.

Xatırladaq ki, Saakaşvili noyabrın 7-də Odessanın qubernatoru vəzifəsindən istefa verib. O, həmçinin Ukrayna prezidenti Pyotr Poroşenkonu regionda cinayətkar qruplaşmaları himayə etməkdə ittiham edib.

Moskvadan ABŞ-a daha bir təhdid Rusiya Federasiya Şurasının müdafiə və təhlükəsizlik komitəsinin sədri Viktor Ozerovun dilindən səslənib. Onun sözlərinə görə, Avropada Amerikanın raket əleyhinə müdafiə sisteminin genişlənməsinə cavab olaraq Rusiya qərb istiqamətində hava-kosmik müdafiə sistemini gücləndirməyə məcbur olacaq.

“Buna Kalininqradda S-400 zenit-raket kompleksləri və “İskəndər” raketlərinin yerləşdirilməsi, həmçinin Qərb və Cənub hərbi dairələrində yeni birləşmələrin yaradılması daxildir”, - senator qeyd edib.

O, bildirib ki, Rusiyanın əsas narahatlığı Amerikanın raket əleyhinə müdafiə sisteminin qısa müddətə zərbə silahlarının yerləşdirilməsi üçün yenidən qurula, xüsusi halda, yerüstü qanadlı raketlərlə təhciz edilə bilməsidir.

Moskvadan ABŞ-a TƏHDİD: “Bu raketlər müdafiə sisteminizi məhv edəcək”

Bu raketlər ABŞ-ın Avropadakı hava hücumundan müdafiə sisteminin öhdəsindən gəlməyə qadirdir

Ömər Dağlı


Xəbərin orijinal ünvanı: http://publika.az/news/nida/176823.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR