Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Novruz Məmmədov: "Bəxtsizlik fərqlənməyimizə mane oldu"

Novruz Məmmədov: "Bəxtsizlik fərqlənməyimizə mane oldu"

Date: 21 November 2016 20:07

Topaz Premyer Liqasının XII turunda “Kəpəz” səfərdə “Qarabağ”a minimal hesabla uduzsa da, komanda ikinci hissədə göstərdiyi oyunla heç-heçəyə yaxın oldu. Fanat.Az xəbər verir ki, fasilədən sonra “sarı-göylər”  bir neçə epizodda qol vurmaq üçün irəli atıldı. Belə vəziyyətlərin ikisində top tirdən döndü.

Klub saytına açıqlama verən Gəncə klubunun müdafiəçisi Novruz Məmmədov bunu şansızlıqla bağlayıb: “İtkilər bizim üçün böyük idi. Bəzi futbolçuların cəza və ya zədəyə görə yoxluğu oyunumuza təsir etmişdi. İlk yarıda zəif çıxış etdik. İstədiyimiz kimi oynaya bilmədik, bizdə alınmadı. Fasilədə toparlandıq, ikinci yarıda rəqib qapısına doğru hücumlar etməyə başladıq, topu özümüzdə daha çox saxlamağa çalışdıq. Hesabı bərabərləşdirə də bilərdik. Sadəcə, bəxtsizlik fərqlənməyimizə mane oldu. Şəhriyar Rəhimovla Orxan Əliyevin zərbələri tirə tuş gəldi. Bu iki epizoddan biri qol olsaydı, nəticə başqa cür də ola bilərdi. Bizim üçün ilk növbədə əsas olan hesabı bərabərləşdirmək idi. Qol vursaydıq, rəqib irəli atılacaqdı və bu zaman onların müdafiəsində boşluqlar yarana bilərdi. Bundan da istifadə etmək olardı. Amma bu, ehtimallardır. Onu dəqiq deyə bilərəm ki, qol vura bilsəydik, bizim üçün yaxşı olacaqdı”.

Fanat.Az 

Tags:  Novruz Məmmədov Bəxtsizlik fərqlənməyimizə mane oldu


RƏYLƏR


Top news