Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Rusiyada "İxrac perspektivləri-2017" mövzusunda konfrans keçiriləcək

Rusiyada "İxrac perspektivləri-2017" mövzusunda konfrans keçiriləcək

Date: 21 November 2016 20:17

Bakı. 21 noyabr. REPORT.AZ/ Rusiyanın Stavropol Diyarının Ticarət-Sənaye Palatası Azərbaycan sahibkarlarını bu il dekabrın 15-də Stavropol şəhərində keçiriləcək “İxrac perspektivləri-2017” adlı konfransa qatılmağa dəvət edir.
Bu barədə “Report”a Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondundan (“Azpromo”) məlumat verilib.
Bildirilib ki, konfransda iştirak edəcək Azərbaycan nümayəndə heyətinin qalması dekabrın 13-dən 15-dək Rusiya tərəfindən təmin olunacaq.
Konfrans haqqında məlumat almaq və tədbirdə iştirak etmək istəyənlər “Azpromo”ya müraciət edə və ya bu nömrələr (8652) 94-53-34, 50-99-99 (E-poçt: tppsk26@gmail.com) vasitəsi ilə əlaqə saxlaya bilərlər.


Tags:  Rusiyada İxrac perspektivləri-2017 mövzusunda konfrans keçiriləcək

RƏYLƏR


Top news