Yuxusu ərşə çəkilənlərə: - Bunları mütləq edin!

Yuxusu ərşə çəkilənlərə: - Bunları mütləq edin!
21:05 21 Noyabr 2016
278 Ölkə
Ölkə mətbuatı
A- A+

Yuxusuzluq hər yaşda görülən problemidir. Yastığa baş qoyan kimi yatanlar qədər, gecə yorğun olsa belə, yataqda o yan-bu yana dönərək, yata bilməyənlərin də sayı çoxdur.

Yuxusuzluqdan əziyyət çəkirsinizsə, yuxu dərmanlarından asılı vəziyyətə düşməkdənsə, mütləq bir həkimlə məsləhətləşməlisiniz. Uzun müddət sizi narahat edən bu problem hansısa bir xəstəliyin əlaməti ola bilər. Bəs dərman qəbul etmədən şirin yuxuya necə dalmaq olar? Milli.Az ATV.az-a istinadən bunun asan yollarını təqdim edir.

Gün ərzində, ya da gecə yatmaqdan öncə vərdişlərinizi, gündəlik rejiminizi dəyişdirməklə yuxu problemini həll edə bilərsiniz.

Özünüzü yatmağa məcbur etməyin

Əgər səhər tezdən vacib bir işiniz varsa, imtahana, yaxud hansısa bir iş görüşünə getməlisinizsə, əlbəttə, yata bilməyəcəksiniz. Yerinizdə o yan-bu yana çevrilmək heç bir işə yaramaz, əksinə, bu, sizdə stress yaradacaq. Yatmaq üçün yataqdan qalxıb başqa bir otağa keçin, qəzet, jurnal, kitab oxuyun, televizora baxın və yalnız yuxunuz gəldikdə yatağa geri qayıdın. Saatı heç düşünməyin. Zəngli saatı qurduqdan sonra saatı unudun. Eyni zamanda nəfəsinizi dinləmək, gözəl xatirələri yada salmaq sizi sakitləşdirəcək.

Yataq otağınızda internetdən istifadə etmək, televizora baxmaq, kitab oxumaq kimi vərdişlər düzgün deyil. Yataq otağınıza yuxunuz gəldiyi zaman girin. Yatıb yuxunuzu aldınızsa, çox qalmayın. Bilməlisiniz ki, yataq otağı sizə sadəcə yuxunu xatırlatmalıdır, kitab oxumağı deyil. Özünüzü çox yatmağa məcbur etməyin.

Yataq otağı yatmaq üçün əlverişli olmalıdır

Bayırdakı səslərdən narahat olmamaq üçün yataq otağının qapısını həmişə bağlı saxlayın. Yataq otağının havası çox da isti olmamalıdır. Yay aylarında sərinlədən avadanlıqlardan istifadə edə bilərsiniz. Yatmaqdan öncə pəncərəni açıb otağı havalandırmaq vacibdir.

Yatmaqdan öncə çox yeməyin

Ac olduğunuz halda yatmaq nə qədər çətindirsə, tox vəziyyətdə də yatmaq bir o qədər çətindir. Gecə acsınızsa, yüngül qidalar yeyin. Mədənizi çox doldursanız, yuxuya gedə bilməyəcəksiniz. Yatsanız belə, gecə yarısı oyanacaqsınız.

İçdiklərinizə diqqət edin

Kofein və nikotin tərkibli içkilər yuxu saatına yaxın içilməməlidir. Gün ərzində çay, qəhvə çox içməyiniz, siqaret çəkməyiniz yuxunuza mane ola bilər. Spirtli içki yuxu gətirir desələr də, yatmağa az qalmış içsəniz, gecə yuxunuz bir neçə dəfə bölünəcək. Gün ərzində bol su içə bilərsiniz, ancaq həddini aşsanız, tualet ehtiyacı sizi yatmağa qoymayacaq.

Yatmaqdan qabaq ilıq duş qəbul etməyiniz sizi rahatladıb yuxunuzun gəlməsinə səbəb ola bilər. 1 fincan kofeinsiz isti bitki çayı, sakit musiqi dinləmək, kitab oxumaq, əsnəmə hərəkətləri, yoqa sizi rahatladaraq yuxuya verəcək.

Gün ərzində yorulun

Bütün günü hərəkətsiz qalıb, gecə də vücudunuzun istirahət etməsi üçün yatmaqdansa gün ərzində idmanla məşğul olun. İdman etmirsinizsə, piyada gəzməyə çalışın. Yatmaqdan 5-6 saat öncə edilən idman yuxuya faydalı olacaq.

Gün ərzində mürgüləməyin

Gün ərzində qısa da olsa yuxunuzu almağınız gecə yatmağınıza mane olacaq. Dözə bilmirsinizsə, 30 dəqiqə mürgüləyin və çalışın ki, saat 15-dən sonra yuxulamayasınız.

Yuxu saatlarınızı müəyyənləşdirin

Hər gün eyni saatda yatıb, eyni saatda oyanmaq çox önəmlidir. İşlə bağlı bəzən gec yatıb, gec dursanız belə, həftə sonları çalışın ki, eyni saatda yatıb, eyni saatda durasınız.

Dərman istifadə edənlərin nəzərinə

Əgər dərman istifadə edirsinizsə, bu dərmanların yan təsirlərindən biri də yuxusuzluq ola bilər. Həkimdən dərmanın belə bir yan təsirinin olub-olmadığını öyrənin və heç vaxt həkim məsləhəti olmadan dərman qəbulunu dayandırmayın. Depressiya, psixoloji pozğunluq, stress də yuxusuzluğa səbəb olur. Mütəxəssislə məsləhətləşməlisiniz. Yuxusuzluğa səbəb olan ayaq ağrıları kimi fiziki rahatsızlıqlar aradan qaldırılmalıdır.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/health/491692.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR