İspaniya şirkəti yeni ixtirası ilə ənənəvi şərab istehsalçılarını silkələyib.
Publika.az xəbər verir ki, "Gik Blue" adı verilən şərablar dünyada ilk belə istehsaldır.
Şərabın yaradıcılarından olan Aritz Lopez ideyasını reallaşdırmaq üçün Bask Universitetinin kimyaçılarından yardım alıb.
Şərabda mavi rəngi almaq üçün onlar təbii üsuldan istifadə
ediblər. "Gik Blue" qırmızı və ağ üzümlərin müxtəlif növlərinin iki
orqanik piqmentindən alınır: qırmızı üzümün qabığındakı antosiyanin
və qırmızı-mavi qida boyası olaraq istifadə edilən, indigotin adlı
orqanik birləşmələrdən.