Neftin qiyməti 4 faizdən çox bahalaşıb

Neftin qiyməti 4 faizdən çox bahalaşıb
21:57 21 Noyabr 2016
Ölkə mətbuatı
A- A+

Bakı. 21 noyabr. REPORT.AZ/ Neftin dünya qiymətləri bazar ertəsi OPEK-ə daxil olan və olmayan ölkələrin “qara qızıl”ın hasilatının məhdudlaşdırılması üzrə sazişi imzalamağa yaxın olmalarına dair ehtimallar fonunda 4 faizdən çox bahalaşıb.
“Report” xəbər verir ki, bu barədə hərracların nəticələri deməyə əsas verir.
Bakı vaxtı ilə saat 21.16-ya olan vəziyyətə görə, Şimal dəniz neft qatışığı olan “Brent” markalı neftin yanvar fyuçersləri 4,12% artaraq bir barelə görə 48,79 dollara çatıb. WTI makarlı neftin yanvar fyuçersləri isə 4,03% bahalaşıb və bir barel üçün 48,23 dollar təşkil edib.

Xəbərin orijinal ünvanı: https://report.az/energetika/neftin-qiymeti-4-12-faiz-bahalasib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR