Aktual mövzular: Dollar alış-satışı , Hava, Məzənnə, Neftin qiyməti

Rusiyanın 4 aviaşirkətinə Azərbaycana uçuşlar təşkil etmək icazəsi verilib

Rusiyanın 4 aviaşirkətinə Azərbaycana uçuşlar təşkil etmək icazəsi verilib

Bu aviareyslər ləğv edildi (03 Mart 2017 17:38)
Düşənbədən Daşkəndə 25 ildə ilk dəfə təyyarə uçub (11 Fevral 2017 19:42)

Tarix: 21 Noyabr 2016 22:22

Bakı. 21 noyabr. REPORT.AZ/ Rusiyanın Hava Nəqliyyatı Federal Agentliyi (“Rosaviatsiya”) “Nordavia” aviaşirkətinə bir sıra beynəlxalq istiqamətlər üzrə uçuşlar təşkil etmək icazəsi verib.
“Report” “Rosaviatsiya”ya istinadən xəbər verir ki, “Nordavia” Kipr, Slovakiya, Xorvatiya, Monteneqro və Belarusla yanaşı Azərbaycana (Lənkəran) da uçuşlar təşkil edəcək.
Sank-Peterburq-Lənkəran aviareysi həftədə üç dəfə həyata keçiriləcək.
Rusiya regionlarından Azərbaycana, həmçinin “Nordwind” (Mineralnıe Vodı - Bakı, həftədə 4 dəfə), “Nordstar” (Novosibirsk - Bakı, həftədə 1 dəfə), "Uralskie avialinii" şirkətlərinə də (İrkutsk - Bakı, həftədə 5 dəfə) uçuşlar təşkil etmək icazəsi verilib.
Bundan əlavə, “Yuteyr” aviaşirkəti Samaradan Bakıya və Sankt-Peterburqdan Lənkərana olan uçuş icazəsindən imtina edib.

Teqlər:  Rusiyanın aviaşirkətinə Azərbaycana uçuşlar təşkil etmək icazəsi verilib



RƏYLƏR


Top xəbərlər