Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

"Normand dördlüyü" XİN rəhbərlərinin görüşü keçiriləcək

"Normand dördlüyü" XİN rəhbərlərinin görüşü keçiriləcək

Date: 21 November 2016 22:57

Bu gün Ukrayna prezidenti Petr Poroşenko və Almaniya kansleri Anqela Merkel arasında telefon danışığı olub.

Milli.Az APA-ya istinadən xəbər verir ki, bu barədə Ukrayna prezidentinin mətbuat xidməti bildirib.

Tərəflər  Minsk razılaşmalarının yerinə yetirilməsi məsələsini müzakirə edib,  regionda vəziyyətin pisləşməsini qeyd ediblər.
 
"Tərəflər həmçinin münaqişəsinin həllinə dair "yol xəritəsi" layihəsinin hazırlanmasını müzakirə edib, noyabrın sonunda "Normand dördlüyü" (Ukrayna, Rusiya, Almaniya, Fransa) XİN rəhbərlərinin görüşünün keçirilməsinə dair razılığa gəliblər", məlumatda deyilir.

Milli.Az


Tags:  Normand dördlüyü XİN rəhbərlərinin görüşü keçiriləcək

RƏYLƏR


Top news