"Valensiya" prezidentinin qızı narazılıq edib

"Valensiya" prezidentinin qızı narazılıq edib
23:12 21 Noyabr 2016
84 İdman
Ölkə mətbuatı
A- A+

"Valensiya"nın prezidenti Peter Limin qızı Kim klubun bir neçə azarkeşini tənqid edib. Milli.Az goal.az-a istinadən xəbər verir ki, o, şənbə günü keçirilən "Mançester Yunayted" - "Arsenal" (1:1) oyununu izləmək üçün Londona gedib. Azarkeşlərsə onun "Valensiya"nın matçına gəlməməsindən narazı qalıblar. Goal.az xəbər verir ki, Kim Lim instagram hesabından buna cavab verib.

"Fikrimcə, "Valensiya"nın bəzi azarkeşləri məni nəzarətdə saxlamaq fikrindədirsə, axmaq və dəlidir. Başqa oyunu izləmək istəyirəmsə, öz seçimimdir. Bu, "Valensiya"nı dəstəkləməmək anlamına gəlmir. İngiliscə başa düşürsüzsə, Avropa səyahətim çərçivəsində Valensiyaya gələcəm. Buna görə sosial şəbəkədə lazımsız şərhlər yazmaqla özünüzü gözdən salmayın".

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/491602.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR