Hindistan-Pakistan sərhədində növbəti atışma: 10 ölü

Hindistan-Pakistan sərhədində növbəti atışma: 10 ölü
23:24 21 Noyabr 2016
81 Digər
Ölkə mətbuatı
A- A+

Hindistan-Pakistan sərhədində baş vermiş atışma nəticəsində 6 hindistanlı hərbçi və 4 pakistanlı mülki şəxs həlak olub.

 

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə Pakistan ordusunun mətbuat xidməti məlumat verib.

 

Məlumata əsasən, Pakistan ordusu cavab atəşi açmağa məcbur olduğunu bildirib. İnsidentlə əlaqədar rəsmi Dehli hələ ki, hər hansı şərh verməyib. Bundan əvvəl “Hindustan Times” qəzeti noyabrın 20-ə keçən gecə Kəşmir ştatındakı nəzarət zolağında baş vermiş atışma nəticəsində 1 hərbçinin öldüyü, 3-ün isə yaralandığını bildirmişdi.

 

Qeyd edək ki,  son günlər Hindistan-Pakistan sərhədində toqquşmaların sayı artmaqdadır. Tərəflər həmişə olduğu kimi atəşkəsin pozulmasında bir-birilərini ittiham edirlər


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/260158

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR