Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Yəməndə atəşkəs başa çatdı

Yəməndə atəşkəs başa çatdı

Date: 21 November 2016 23:33

BMT tərəfindən Yəməndə hərbi əməliyyatların bərpa olunmasına dair elan olunan 48 saatlıq atəşkəs başa çatıb və onun müddəti uzadılmayıb.

Publika.az xəbər verir ki, bunu bazar ertəsi jurnalistlərə təşkilatın baş katibinin rəsmi nümayəndəsi Stefan Düjarrik bildirib.

Onun sözlərinə görə, atəşkəs çoxsaylı qanun pozuntularına dair xəbərlərlə müşayiət olunub.

"48 saatlıq atəşkəs başa çatdı və uzadılmadı. Hər iki tərəf pozuntular, o cümlədən aviazərbələr və yerüstü toqquşmalar barədə məlumat verib. Görünən odur ki, silahlı münaqişə, təəssüf ki, bərpa olunub", - deyə Düjarrik bildirib. (Report)


Tags:  Yəməndə atəşkəs başa çatdı

RƏYLƏR


Top news