Emel Sayının xəstəxanadakı fotosu fanatlarını qorxutdu

Emel Sayının xəstəxanadakı fotosu fanatlarını qorxutdu
01:06 22 Noyabr 2016
209 Şou
Ölkə mətbuatı
A- A+

Müğənni Emel Sayının sosial şəbəkələrdə yayılan şəkili sevənlərini qorxudub.

Axşam.az-ın Türkiyə mətbuatına istinadən məlumatına görə, Bodrum xəstəxanasının həkimi Abdullah Servet öz "Facebook" səhifəsində müğənni ilə şəklini paylaşıb. Bundan sonra narahat olan fanatlar Emelə zəng vurmağa başlayıblar.

İnsanların həyəcanını görən həkim daha sonra paylaşdığı şəklin altından belə bir status yazıb:

"Yayda Emel xanımın başına kiçik bir əşya düşmüşdü. Narahat olan müğənni bizim xəstəxanaya üz tutmuşdu. Biz də ağrıkəsici vurub, onu evə yola saldıq. Həyəcana heç bir əsas yoxdur".

Qeyd edək ki, bu ilin martında bel yırtığı problemindən Sayın əməliyyat masasına uzanıb. Əməliyyat uğurla başa çatıb.


Xəbərin orijinal ünvanı: http://axsam.az/?name=xeber&news_id=61590

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR