Nobeli Azərbaycana gətirən möcüzəvi ağac

Nobeli Azərbaycana gətirən möcüzəvi ağac
01:33 22 Noyabr 2016
115 Digər
Ölkə mətbuatı
A- A+

Türkiyə Azərbaycana ağac tinglərinin ixracına başladı (23 Aprel 2017 12:58)
Türkiyə Azərbaycana ağac tinglərinin ixracına başladı (23 Aprel 2017 10:52)
Yer kürəsində mövcud olan bütün ağac növlərinin SAYI MƏLUM OLDU (06 Aprel 2017 00:33)

Respublikamızın ərazisində mövcud olan meşələrin ümumi sahəsi 1213,7 min hektardır. Bundan əlavə meşə ilə ortülü sahə 1021,88 min hektar olmaqla, ümumi ərazinin 12%-nə qədəridir.

Hər adam başına, təqribən 0,12 hektar meşə sahəsi düşür ki, bu da ümumdünya miqyasında götürülən müvafiq orta rəqəmdən 4 dəfə azdır. Bunun təbii səbəbləri ilə yanaşı, vaxilə zəngin meşələrin məhv edilərək yerində evlərin tikilməsi, həmçinin ötən əsrin 90-cı illərin bölgələrdə mavi qazın olmaması səbəbindən, ağacların qırılması da xüsusi rol oynayıb. Ölkə ərazisində mövcud olan meşə sahəsi dünya standartlarından az olsa da, tərkibi və rəngarəngliyi baxımından zəngin hesab olunur. Burada 435 növ ağac və kol bitir, onlardan 70-i endemik növlərə aiddir.

Ölkəmizin bütün ərazisi üçün enliyarpaqlı meşələr səciyyəvidir. Bu tip meşələr Böyük Qafqaz və Kiçik Qafqaz, həmçinin Talış dağlarının alçaq və orta dağlıq ərazilərində geniş yayılıb. Talış meşələrində isə, ən çox yayılan ağac növü dəmirağacdır. Bu ağaca, gövdəsinin metal rəngində olmasına görə dəmirağac adı verilib.

Dəmirağac Talış meşələrinin şahı sayılır. Bu ağac ümümdünya "Qırmızı kitab"ına düşüb. Adından da bəlli olduğu kimi, bu ağac dəmir kimi möhkəmdir və başqa ağaclardan fərqli olaraq suda batır. Elə materialının möhkəmliyi səbəbindən də bir vaxtlar maşınqayırmada və toxuculuq, xalçaçılıq dəzgahlarının düzəldilməsində istifadə edilib.

"Elmi adı "Parrotia Per Sica" olan bu ağac, 3-cü dövr relikt bitki-ağac növünə aiddir. Təqribən 18-20 milyon il yaşı var", — deyə Hirkan Milli Parkının direktor müavini Hacıağa Səfərov Sputnik-in bölgə müxbiri ilə söhbətində bildirdi. Onun sözərinə görə, dəmirağacın təbii yayılma arealı Respublikamızın cənub zonası və İran İslam Respublikasının Xəzər dənizi sahili boyunca yerləşən ərazilərini əhatə edir: "Təbii şəraitdə hündürlüyü 25-28 metrədək olur, çoxbudaqlıdır. Dəmirağacın ən maraqlı xüsusiyyətlərindən biri odur ki, yanında olan digər, öz sinifindən olan, hətta digər növ ağacların budaqları ilə bitişə bilir. Bir ağac zədələnərsə, ona bitişik olan digər dəmirağaclar onun bərpasına kömək edir". Mütəxəssis bu ağacın qışda — dekabr ayının sonu və ya yanvar ayının əvvəlində çiçəklədiyini qeyd etdi: "Bəzən də elə olur ki, uzun müddət, ümumiyyətlə çiçəkləmir. Dəmirağacın kökü zəif olduğundan, güclü külək olan zaman tez aşır. Lakin buna baxmayaraq, aşdıqdan sonra torpağa toxunan hər hansı budağı kökə çevrilir və bu da yenidən ağacın bitməsini təmin edir". Direktor müavini dəmirağacın digər ağaclardan başqa bir fərqləndirici cəhətinin olduğunu da diqqətə çatdırdı: "Bu fərq onun oduncağının digər növlərdən ağır olmasıdır. Məhz bu xüsuiyyətlərinə görə ondan gəmiqayırmada istifadə olunmur. Bundan əlavə, ağac öz toxumlarını gövdəsindən 5-6 metr uzağa ata bilir. dəmirağac quruduqda, naşı adam onu doğramaq istəsə, balta sına bilir".

H. Səfərovun dediyinə görə, Talış meşələrinin 5-6%-ni dəmirağac təşkil edir: "Bu ağac, əsasən dəniz səviyyəsindən 500-600 metr hündürdə yerləşən ərazilərdə yayılıb. Daha çox qarışıq tipdə olur. Belə ki, sırf dəmirağac meşələri çox az olur".

Dəmirağacın ən maraqlı xüsusiyyətlərindən biri də ondan ibarətdir ki, ağacın bir hissəsi çürüdükdə ağac tələf olmur və tam öz həyat gücünü saxlaya bilir: "Ağacın çürüməyən digər hissəsində yeni budaqlar da çıxa bilir. Qeyd edim ki, tikinti üçün əlverişsizdir. Çünki səthi hamar deyil və taxtasına su dəydikdə çox tez çürüyür".

Məlumat üçün bildirək ki, İsveçdən olan kimyaçı, mühəndis və dinamit partladıcısının ixtiraçısı, nəhayət milyonçu Alfred Nobel əvvəllər tüfəng istehsalı ilə məşğul olub. O, eşidir ki, dünyada yalnız Talış meşələrində bərk və dözümlü ağac bitir və bu ağacın oduncağından ən yaxşı və möhkəm tüfəng qundağı düzəltmək olar.

Nobel dəmirağacı Avropaya aparmaq arzusu ilə Azərbaycana gəlir. Lakin Bakıya gələn Nobel, burada fantan vuran neft quyularını görür. Nəticədə neft mədənlərinə sahib olur. Beləcə, cənub zonasında bitən dəmirağac milyonçu Alfred Nobelin həyatında dönüş yaradır.








RƏYLƏR

OXŞAR XƏBƏRLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Ölkə mətbuatında bugün »

Cəbhədən son məlumat

23 İyun 2017 09:44

Tarixi kəndi qazıb görün nə tapdılar

23 İyun 2017 09:43

Cəbhədən YENİ XƏBƏR

23 İyun 2017 09:42

“Bakı Sığorta”nın səhmdarlarının yığıncağı keçiriləcək

23 İyun 2017 09:42

Pakistanda PARTLAYIŞ: ölənlər və yaralananlar var

23 İyun 2017 09:42

Bakı-Batumi avtobus reysi fəaliyyətə başlayır

23 İyun 2017 09:39

Bakıdan Batumiyə avtobus reysi açılır

23 İyun 2017 09:37

Neft bahalaşdı

23 İyun 2017 09:35

Kəndlərimiz iriçaplı pulemyotlardan və minaatanlardan atəşə tutuldu

23 İyun 2017 09:33

“Qarabağ FK"nın planı və vətənə dönüş tarixi bəlli oldu

23 İyun 2017 09:32

Manatın MƏZƏNNƏSİ

23 İyun 2017 09:32

Atəşkəs 117 dəfə pozulub

23 İyun 2017 09:29

Keçmiş qayınatasını 13 yerindən bıçaqladı - FOTO

23 İyun 2017 09:28

Bu günün VALYUTA MƏZƏNNƏLƏRİ

23 İyun 2017 09:28

Millimiz Albaniya ilə qarşılaşacaq

23 İyun 2017 09:27

Ermənilər atəşkəs rejimini 117 dəfə pozub

23 İyun 2017 09:27

​​​​Bölgələr üzrə İMSAK VƏ İFTAR VAXTI

23 İyun 2017 09:27

Goranboyda sel suları fəsadlar yaratdı

23 İyun 2017 09:22

Azərbaycan Mərkəzi Bankının valyuta məzənnələri (23.06.2017)

23 İyun 2017 09:22

Qaraçuxurda qız bıçaqlandı

23 İyun 2017 09:22

Azərbaycan Mərkəzi Bankının valyuta məzənnələri

23 İyun 2017 09:22

B qrupunda qələbəyə sevinən olmadı

23 İyun 2017 09:17

Ərəb ölkələrindən Qətərə İKİ TƏLƏB

23 İyun 2017 09:17

Bakıda işdən evə qayıdan qadın döyüldü

23 İyun 2017 09:17

Qızıl bahalaşıb

23 İyun 2017 09:15

Neft bahalaşdı

23 İyun 2017 09:08

"Liverpul" Neapol klubuna rədd cavabı verdi

23 İyun 2017 09:05

Mərdəkanda yerləşən istixanada dava baş verib

23 İyun 2017 09:02

DADLI ZƏHƏR: Bahalı, yoxsa keyfiyyətli dondurma?

23 İyun 2017 08:52

Bakıda təmir zamanı təkər ustanın başına düşüb

23 İyun 2017 08:52

26 yaşlı qızın dərisi görənləri şoka salır - "Dünyada yalnız 12 nəfərdə var" - FOTOLAR

23 İyun 2017 08:48

Bakıda mənzilə basqın: ölən və yaralananlar var - FOTO

23 İyun 2017 08:47

"Liverpul" 42 milyon avroya Məhəmməd Salahı alıb

23 İyun 2017 08:47

Qvatemalada 6,8 bal gücündə zəlzələ olub: yaralılar var

23 İyun 2017 08:47

Kompüteriniz üçün maraqlı şəkillər - FOTOSESSİYA

23 İyun 2017 08:47

Pakistanda PARTLAYIŞ - Ölənlər var

23 İyun 2017 08:43

Bakıda əri tərəfindən döyülən qadın kəllə-beyin travması ilə xəstəxanaya yerləşdirilib

23 İyun 2017 08:42

Paytaxtda qadını yük maşını vurub

23 İyun 2017 08:42

"Çelsi"nin sabiq futbolçusuna 8 oyunluq cəza

23 İyun 2017 08:42

Telman İsmaylov üçün daha bir şok

23 İyun 2017 08:37

Kosta sabiq klubuna qayıtmaq istəyir

23 İyun 2017 08:37

Azərbaycanda marixuana satmaq istəyən müəllim saxlanılıb

23 İyun 2017 08:37

Bakıda "Mercedes" yanıb

23 İyun 2017 08:36

QANDONDURAN CİNAYƏT: Sosial şəbəkədə tanış olduğu qıza 9 bıçaq zərbəsi vurdu

23 İyun 2017 08:28

ABŞ HHQ Yəməndə 3 "Əl-Qaidə" terrorçusunu məhv ediblər

23 İyun 2017 08:27

"Şimali Koreyaya qarşı "strateji səbr erası" başa çatıb"

23 İyun 2017 08:27

İtaliyada Polşaya məxsus helikopter qəzaya uğrayıb

23 İyun 2017 08:27

İspaniya sahillərində sutka ərzində 400-dən artıq miqrant xilas edilib

23 İyun 2017 08:27

Yeni mövsümdə evlilik proqramları olmayacaq

23 İyun 2017 08:27

Bakıda 4 otaqlı evdə yanğın olub

23 İyun 2017 08:22