Türkiyədə daha bir mədən çökdü - torpaq altda qalan var

Türkiyədə daha bir mədən çökdü -  torpaq altda qalan var
01:59 22 Noyabr 2016
89 Digər
Ölkə mətbuatı
A- A+

Türkiyədə daha bir mədən ocağı çöküb.

 

Musavat.com-un məlumatına görə, hadisə Zonquldak əyalətinin Kilimli rayonunun Gedik adlanan ərazisində baş verib.  Uçqun mədənin 140 metr dərinliyində baş verib. Hazırda bir işçi mədəndə qalıb. İşçinin yerin altından çıxarılması üçün cəhdlər davam edir.

 

Çöküş özəl bir şirkətə aid kömür mədənində baş verib. İlkin məlumata əsasən, 140 metr dərinlikdə mədən işçilərinin işlədiyi yerdə tavan uçub. İki işçi qaçaraq xilas ola bilsə də, Mustafa Sarı adlı mədənçi yerin altında köməksiz qalıb. Xilasedicilər Mustafa Sarını mədəndən çıxarmağa çalışırlar.

 

Xatırladaq ki, noyabrın 19-da Siirt əyalətinin Şirvan rayonunda isə mis mədəni çökmüşdü. Nəticədə 6 işçinin cəsədi yerin altından çıxarılmışdı. Yerin altında qalan 10 işçinin axtarışları davam etdirilir. Mədənin çökməsinə, yağıntılar sonrası baş verən sürüşmə səbəb olmuşdu. Hadisə ilə bağlı cinayət işi açılıb, 6 nəfər saxlanılıb.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/260164

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR