MOSKVA ŞOKDA: Ukraynada 2 rus əsgəri qaçırıldı

MOSKVA ŞOKDA: Ukraynada 2 rus əsgəri qaçırıldı
02:58 22 Noyabr 2016
135 Dünya
Ölkə mətbuatı
A- A+

Ukrayna Təhlükəsizlik Xidməti əməkdaşları Krımda 2 rus əsgərini həbs edərək Ukraynaya aparıb.

Publika.az xəbər verir ki, bu haqda Rusiya Müdafiə Nazirliyi açıqlama yayıb.

“Rus əsgərləri Maksim Odintsov və Aleksandr Baranov noyabrın 20-də saat 13:00 radələrində Ukrayna Təhlükəsizlik Xidməti əməkdaşları tərəfindən qanunsuz olaraq saxlanılıb Krımdan Ukraynanın Nikolayev bölgəsinə aparılmışdır. Onları Ukraynaya qarşı cinayət törətməkdə ittiham etməyə çalışırlar. Ehtimal edirik ki, lazımı ifadələrin alınması üçün, onlara psixoloji və fiziki təzyiq ediləcək. Bu, Ukraynanın kobud təxribatıdır. Əsgərlərin dərhal Rusiyaya ekstradisiya olunmasını tələb edirik” deyə Rusiya Müdafiə Nazirliyinin bəyanatında bildirilir.


Xəbərin orijinal ünvanı: http://publika.az/news/dunya/176849.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR