Aktual mövzular: Dollar alış-satışı , Barselona - Real, Hava haqqında, Məzənnə, Neftin qiyməti

BMT-nin Azərbaycanla bağlı dəhşətli hesabatı - İİV virusu

BMT-nin Azərbaycanla bağlı dəhşətli hesabatı - İİV virusu

Date: 22 November 2016 03:53

Azərbaycanda İİV-ə (İnsanın immunçatışmazlığı virusu) yoluxanların 40 faizindən az hissəsi müalicə kursu keçir.

Report xəbər verr ki, bu barədə BMT-nin İİV/QİÇS üzrə Birləşmiş Proqramının yeni hesabatında deyilir.

Hesabata görə, Şərqi Avropa və Mərkəzi Asiya ölkələrində İİV-ə yoluxanların müvafiq olaraq 45-89 faizi öz statusundan xəbardardır. Eyni zamanda Azərbaycan, Ermənistan, Belarus, Qazaxıstan, Moldova, UkraynaTacikistanda sözügedən xəstəliyə yoluxan insanların 40 faizə qədəri müalicə kursu keçir.

Bildirilir ki, bu gün dünyada 37 milyon İİV xəstəsi var və onların cəmi 18,2 mln. nəfərinin antiretrovirus terapiyası etdirmək imkanı var.

Qeyd edək ki, dünyada hər gün 6 min nəfər İİV-ə yoluxur.


Tags:  BMT-nin Azərbaycanla bağlı dəhşətli hesabatı İİV virusu

RƏYLƏR


Top news