Daşkəsəndə 80 yaşlı kişi pilləkəndən yıxılaraq ayağını sındırıb

Daşkəsəndə 80 yaşlı kişi pilləkəndən yıxılaraq ayağını sındırıb
04:07 22 Noyabr 2016
78 Ölkə
Ölkə mətbuatı
A- A+

Daşkəsən. 22 noyabr. REPORT.AZ/ Daşkəsən rayonunda 80 yaşlı kişi evinin pilləkənindən yıxılaraq ayağını sındırıb.
"Report"un Qərb bürosunun məlumatına görə, rayonun Bayan kənd sakini, 1936-cı il təvəllüdlü Verdiyev Hüseyin evinin pilləkənindən yıxılaraq sağ ayağını sındırıb.
Zərərçəkmiş yaxınlarının köməkliyi ilə Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına aparılıb. Həkimlər tərəfindən dərhal tibbi yardım alan H.Verdiyevin vəziyyəti orta-ağır olaraq qalır.
Faktla bağlı Daşkəsən rayon Polis şöbəsində araşdırmalara başlanıb.

Xəbərin orijinal ünvanı: https://report.az/hadise/daskesende-80-yasli-kisi-pillekenden-yixilaraq-ayagini-sindirib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR