Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

ABŞ-da növbəti məktəb avtobusu qəzası: ölənlər var

ABŞ-da növbəti məktəb avtobusu qəzası: ölənlər var

Date: 22 November 2016 04:34

ABŞ-ın Çattanuqa şəhərində (Tennessi ştatı) ağır yol qəzası baş verib.

 

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, məktəb avtobusunun qəzaya uğraması nəticəsində, müxtəlif məlumatlara əsasən 12 nəfərədək adam ölüb. Xəstəxanalara  23 nəfərin çatdırıldığı bildirilir.

 

Hadisə yerinə polis, xilasedicilər və təcili tibbi yardım briqadaları cəlb edilib. Yaralılar xəstəxanaya yerləşdirilib.

 

Qəzanın təfərrüatları və səbəbləri  barədə hələ ki, məlumat verilmir. Qeyd edək ki, bu, Tennessi ştatında bir həftə ərzində məktəb avtobusunun iştirakı ilə baş verən sayca üçüncü yol qəzasıdır.


Tags:  ABŞ-da növbəti məktəb avtobusu qəzası ölənlər var


RƏYLƏR


Top news