Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Zülfiyyə gümüş medal qazandı

Zülfiyyə gümüş medal qazandı

Date: 22 November 2016 06:33

ABŞ-ın Mayami şəhərində veteran cüdoçular arasında keçirilən dünya çempionatı davam edir.

Publika.az xəbər verir ki, Azərbaycan millisi mundialda aktivinə daha bir medal yazdlrıb.

Qadınlar arasında F-4 kateqoriyası üzrə 70 kq çəkidə yarışan Zülfiyyə Hüseynova yalnız finalda uduzaraq dünya çempionatının gümüş medalını qazanıb. 1/4 finalda Türkiyə təmsilçisi Dilək Çakıra qalib gələn cüdoçumuz yarımfinalda İtaliya idmançısı Monika Stragiolottonu məğlub edib. Zülfiyyə həlledici görüşdə meydan sahibi, ABŞ cüdoçusu Marqarita Kabreraya uduzaraq 2-ci yeri tutub.

Kişilərin yarışında M-2 kateqoriyası üzrə 73 kq çəki dərəcəsində mübarizə aparan Zülfüqar Hüseynov bürünc medal uğrunda görüşdə məğlub olaraq 5-ci yeri tutub.

55 ölkədən 966 veteran cüdoçunun mübarizə apardığı dünya çempionatında Azərbaycan millisinin veteranları Fərhad Rəcəbli (90 kq) və Zaur Paşayev (100 kq) qızıl, Mübariz Cəfərov (81 kq) isə bürünc medal qazanıb. (Report)


Tags:  Zülfiyyə gümüş medal qazandı


RƏYLƏR


Top news