Ən problemli smartfonlar bəlli oldu - FOTO

Ən problemli smartfonlar bəlli oldu - FOTO
07:12 22 Noyabr 2016
Ölkə mətbuatı
A- A+

"Blannco Technology Group" analitik şirkəti smartfon və planşetlərdə nasazlıqların aşkar edilməsi üzrə tədqiqatın nəticələri ilə bağlı məlumat veriblər. Mütəxəssislərin məlumatına görə, "Android" cihazlarla müqayisədə "iPhone" qurğuları daha problemlidir.
 
Milli.Az ICTnews-a istinadən bildirir ki, mütəxəssislər həm proqram təminatı, həm də aparatlarda müşahidə olunan nasazlıqları nəzərə alıblar. Onlar 2016-cı ilin 3-cü rübünün nəticəsinə görə, "iOS" və  "Android" cihazlarında qeydə alınmış problemlərin sayını müqayisə ediblər.
 
Tədqiq edilmiş "Apple" qurğularının 62%-də nasazlıq müşahidə olunub, problemli "Android" cihazlarının payı 47% təşkil edib. "iOS" qurğuları arasında ən çox nasazlıq "iPhone 6" cihazında müşahidə olunub, "iPhone 5S" və "iPhone 6S" antireytinqdə müvafiq olaraq ikinci və üçüncü yeri tutublar. "iPhone 4S" ən sabit qurğudur, bu modellə bağlı problemlər yalnız 2% təşkil edib.
 
"LeEco Le2" qurğusu "Android" mobil əməliyyat sistemi ilə işləyən cihazlar arasında ən problemli smartfondur.
 
"Xiaomi" şirkətinin "Redmi 3S" və "Redmi Note 3" qurğuları antireytinqdə ikinci və üçüncü yeri tutublar. Qabaqcıl "Samsung Galaxy S7 edge" qurğusu dördüncü yerdə qərarlaşıb.
Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/mobilt/491601.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR